İran İslam Respublikasının milli komandasının şagirdləri 66-cı Ümumdünya Riyaziyyat Olimpiadasında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
İran şagirdləri Avstraliyanın ev sahibliyi etdiyi 2025-ci ildə 66-cı Ümumdünya Riyaziyyat Olimpiadasında İrana bir daha dəyərli şərəf gətiriblər.
İran İslam Respublikasının milli riyaziyyat olimpiadası komandası 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq dünyanın ən yaxşıları arasında mövqeyini möhkəmləndirib və 110 ölkə arasında 12-ci yeri tutub ki, bu da İranın 19-cu yeri tutduğu ötən illə müqayisədə daha yüksək mövqedir.
Mehdi Ağacanlu və Bərdia Xoşiqbal dünya qızıl medalını qazanıblar. Məhəmməd Səccadd Memari, Məhəmməd Rza Əttaranzadə və Əmir Hüseyn Zarei gümüş, Parsia Təcəllai isə bürünc medal qazanıb.
Bir neçə gün əvvəl İran İslam Respublikasının Riyaziyyat Olimpiadasının altı nəfərdən ibarət komandası Çində keçirilən rəqabətli təlim-məşq toplanışında iştirak edərək, Qazaxıstanla birgə 32 iştirakçı ölkə arasında keçirilən bu mötəbər elmi yarışmada ikinci yeri qazana bilib.
Bu beynəlxalq düşərgə iştirakçıların elmi səviyyəsinin yüksəldilməsi və hazırlığının qiymətləndirilməsi məqsədilə dünyanın ən yüksək səviyyəli komandalarının iştirakı ilə keçirilən olimpiadaqabağı mühüm tədbirlərdən biridir. Bu yarışlarda Bərdia Xoşiqbal qızıl medal qazanıb. Əmir Hüseyn Zarei bürünc, Mehdi Ağacanlu, Parsa Təcəllai, Məhəmmədrza Əttaranzadə və Məhəmməd Səccad Memari isə gümüş medal qazanıb.