Tehran Universitetinin iranlı tədqiqatçısı və doktoranturadan sonrakı tədqiqatçısı bərpa olunan mənbələrlə (günəş, külək və geotermal enerji) uyğun kompozitlər yaratmağa müvəffəq olub.
İranın Milli Elm Fondunun (INSF) verdiyi məlumata görə, “Multimetallik çərçivələrdən əldə edilən 3D nanostrukturlu karbon elektrokatalizatorlarının strukturu və performansının qiymətləndirilməsi” adlı doktorluq dissertasiyası Seyid Əli Musəviyə məxsusdur. Bu tədqiqat Mehdi Mehrpuyanın elmi rəhbərliyi ilə tamamlanıb və layihə İran Milli Elmlər Fondu tərəfindən dəstəklənib.
Enerji sistemləri mühəndisliyi – enerji texnologiyaları ixtisası üzrə Tehran Universitetindən fəlsəfə doktoru dərəcəsi almış Musəvi bu layihənin məqsədləri barədə belə izah verib:
Bu tədqiqatın əsas məqsədi, oksigenin reduksiya reaksiyası və superkondensatorlar kimi iki tətbiq sahəsi üçün çoxmetallı lantanid əsaslı metal–üzvi çərçivələrdən (MOF) alınan üçölçülü nanostruktur karbon elektrokatalizatorların hazırlanması və performansının qiymətləndirilməsidir. Bu məqsədlə ilk mərhələdə geniş araşdırmalar aparılaraq, uyğun metal ionlarının növü və nisbəti, lantanid elementləri, üzvi liqandlar və karbon əsaslı dayaqlar müəyyən edilir.
O, həmçinin qeyd edib: “Həmçinin, istilik prosesi zamanı metal nanohissəciklərin öz-özünə toplanmasının, geri dönməz birləşməsinin və səth oksidləşməsinin qarşısını almaq məqsədilə silikon örtükdən istifadə olunur.”
Bu tədqiqatçı alim sözlərinin davamında eyib: Bu elmi işin digər mühüm məqsədlərindən biri də istifadə olunan metal ionlarının optimal konsentrasiyasını, piroliz əməliyyatının iş temperaturunu, lantanoidlərin dəmir və misə nisbətini, piroliz zamanı istifadə olunan örtüyün qalınlığını və elektrokimyəvi testlərdə istifadə edilən elektrolitin konsentrasiyasını müəyyənləşdirməkdir.
Musəvi qeyd edib ki, bu araşdırmada təkrarlanabilən enerji mənbələrindən istifadə problemi aradan qaldırmaq üçün effektiv bir həll yolu kimi nəzərdən keçirilir. O, bildirib: “Tükənməz və təkrar istifadə oluna bilən enerji mənbələri günəş, külək, geotermal, biokütlə, hidroelektrik və hidrogen enerjisini əhatə edir.”
O, həmçinin bildirib: Hər bir elektrokatalizatorun hazırlanması üçün optimal protokol, icraçı komandanın texniki bilikləri və laboratoriya sınaqları nəticəsində müəyyən olunur. Hazırlanmış elektrokatalizatorlar, yanacaq hüceyrələrinin anod və katod hissələrində, eləcə də batareyalar və superkondensatorlar kimi enerji saxlama sistemlərində istifadə olunur. Hazırlanan kompozitlərin əksəriyyəti geniş miqyasda istehsal oluna bilər və sənaye məqsədilə də tətbiq potensialına malikdir.