İranlı tədqiqatçılar təbii dəriyə oxşayan və dərini infeksiya və fiziki təhdidlərdən qoruyan yara sarğısı istehsal etməyə müvəffəq olublar.
Diabetik ayaq yarası və venoz xorası kimi xroniki yaraların uzun müalicə müddəti baxım xərclərinin artmasına səbəb olur. Buna görə də, yaranın sağalma prosesini sürətləndirmək üçün biomatrialların dizaynı və inkişafına ehtiyac çoxdur.
Adi yara sarğıları adətən qeyri-kafi toxuma yapışması və mexaniki dayanıqlığa malik olurlar ki, bu da onların effektivliyini dinamik mühitlərdə məhdudlaşdırır.
Müdərris Universitetinin və Royan Tədqiqat İnstitutunun birgə apardıqları araşdırmalarda təbii dərinin mürəkkəb strukturunu və teksturasını təqlid etmək üçün xüsusi olaraq yeni asimmetrik yara sarğısı hazırlanıb.
Unikal komponentləri və iki fərqli təbəqədəki məsaməliliyi birləşdirməklə, bu sarğının yaraları əla formada qoruyacağı, sağalma prosesini yaxşılaşdıracağı xəstənin ağrısını azaldacağı proqnozlaşdırıldı.
Sarğının üst təbəqəsi elektrosp PCL-silk sericin-dən, alt təbəqəsi isə xitozan və alginat hidrogeldən ibarətdir. İltihab əleyhinə, bakterisid, immun sistemini normallaşdıran ana arı turşusu kimi tanınan 10-hidroksidekanoik turşu (10-HDA) da daxili təbəqəyə yüklənib. Bu tədqiqatın nəticələri ötən ay International Journal of Pharmaceuyics jurnalında çap olunub.
Müdərris Universitetindən olan Baqiri İsfahanın Royan Elmi-Tədqiqat İnstitutunun[E1] Biotexnologiya Elmi-Tədqiqat İnstitutunun[E2] elmi-işçilərinin əməkdaşlığı ilə bu yara sarğısını hazırlamağa nail olub. Nəticələr göstərib ki, bu yara sarğısı in vitro tədqiqatlar vasitəsilə standart yara sarğısı meyarlarına cavab verir.
Nəhayət, Wistar siçovullarından istifadə edərək in vivo klinik və histoloji qiymətləndirmələr təsdiqlədi ki, 10-HDA ilə yara sarğı heç bir iltihabi yan təsirləri olmayan nəzarət qrupları ilə müqayisədə yaraların sağalmasını əhəmiyyətli dərəcədə sürətləndirir və bu yara sarğı yaraya qulluqu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.