Elm təməlli İran şirkətlərindən biri ilk dəfə olaraq karbon əsaslı gen transfer dəstini hazırlanmağa nail olub. Bu dəst lipid gen transfer dəstləri ilə müqayisədə daha yüksək izləmə sürətinə malikdir və zəhərliliyi daha azdır.
İran Tibb Universitetinin tədqiqatçılarından təşkil olunmuş Elm Təməlli Varna Sepid Derman Şirkəti 3 il tədqiqatdan sonra gen köçürən bu dəsti hazırlamağa nail olub.
Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavinliyinin açıqlamasına görə, gen transfer dəstini istehsal edənVarna Sepid Derman Şirkətinin baş direktoru Murtəza Kərimi deyib: Bu transfer dəsti bundan öncə, yalnız Amerikanın ixtiyarında idi. Amma onu xarici nümunəsinin üçdə biri həddində və eyni keyfiyyətdə lokallaşdırmaqla bu monopoliyaya son qoyduq.
O, bu şirkətin iş sahəsi barəsində deyib: Varna Sepid Derman Şirkəti öz fəaliyyətinə 2014-cü ildə laboratoriya sahəsində başlayıb. 2000-ci ildə şirkətin rəhbərliyi gen transfer dəstinin istehalı zəmnində öz təqdiqat işlərinə başlayıb. 2022-ci ildə isə indiyə qədər təkcə Amerikanın ixtiyarında olan bu məhsulu ölkədə lokallaşdırmağı bacardı. Şirkətin təqdiqat bölməsinin 6 aylıq zəhmətlərindən sonra bu transfer dəsti kommersiyalaşdırma mərhələsinə çatıb və daxili istehlak bazarında paylanmağa hazırdır.
Bu texnoloq məhsulun iş prinsipinin laboratoriya şəraitində genetik məzmunun hüceyrəyə köçürülməsi olduğunu bəyan edərək deyib: Bu dəstlər hüceyrə implantasiya və nanotexnologiyada istifadə olunur. Buna görə də, gen köçürülməsi sahəsində fəaliyyət göstərən tədqiqat mərkəzləri və tədqiqat institutlarında istifadə edilir.
Kərimi xatırladıb: Bu dəstin ABŞ versiyası lipid əsaslı Lipofektamindir. Amma bizim istehsal etdiyimiz transfer dəsti karbon əsaslıdır və həmçinin parlaqlıq qabiliyyətinə görə izləmə qabiliyyətinə malikdir.
O, bu şirkətin istehsal həcmi barəsində deyib: İllik 5000 gen transfer dəsti istehsal etmə gücünə sahibik. Bu potensiala baxmayaraq, hal-hazırda bazar tələbini qiymətləndirmək üçün 1000 dəst istehsalı ilə kifayətlənmişik.
Şirkətin baş direktoru, həmçinin bildirib: Bu məhsulun xarici oxşar nümunələri ilə müqayisədəki üstünlüyü onun quruluşundadır. Bu transfer dəsti karbon və üzük quruluşuna malikdir. Bu da genlərin köçürülmə sürətini artırır.
Kərimi sözlərinin davamında deyib: Gen transfer dəstinin quruluşunda genlərin köçürülmə mexanizmindəki zəhərlənmə səviyyəsi aşağı düşüb və bununla da hüceyrələrin ölmə ehtimalı azalıb. Demək olar ki, uğurlu gen transferində istifadə edilən bu dəsti istehsal etməklə, zəhərlənmənin 85% aşağı düşməsinə nail olmuşuq. Bunun nəticəsində də, daha çox canlı hüceyrələr əldə edə və yalnız 15% zəhərlənməyə sahib ola bilərik.
O, bu məhsulun digər üstünlüklərindən birinin onun köçürülmənin izlənilməsindəki yüksək gücü olduğunu bildirərək deyib: Köçürülmənin izlənilmə qabiliyyəti hüceyrə implantasiyası yaxud hər hansı bir digər addımdan öncə gen transferinin səmərəli olmasını qiymətləndirməyə kömək edir.
O, əlavə olaraq deyib: İstehlakçı bu nailiyyətin xarici versiyasını 18-20 milyon tümənə (təxminən 500-600 manat arası) əldə edir. Eyni sayda, eyni qabiliyyətə və keyfiyyətə sahib olan yerli istehsal olan transfer dəsti isə 5.5 milyon tümənə (təxminin 155 manat) istehlakçının əlinə çatır.
Kərimi bu məhsulun ixracatı barəsində deyib: Bu məhsulun (gen transfer dəstinin) ixracatı zəmnində hələlik bir iş görülməyib. Buna baxmayaraq, Fars körfəzi və Asiya bazarlarına çıxmaq gündəmimizdədir.