İranlı texnoloqlar şişin yerini dəqiq müəyyən edən və xərçəng toxumasının çıxarılmasını rahatlaşdıran bir məhsul hazırlamağa müvəffəq olublar.
Bugünlərdə xərçəng xəstəliyi çox yayılıb və bu xəstəliyin müalicəsi adətən kimyaterapiya və ya cərrahiyyə yolu ilə aparılır. Amma bu üsullarda bəzən kiçik xərçəng hüceyrələri itir. Bəzən də şişin həcmi o qədər kiçik olur ki, həkim onu tapa bilmir. İranlı texnoloqlar balıqçı qırmağına bənzər əlamət qoymaqla xərçəng toxumasının yerində sabit qalan və xərçəng toxumasının cıxma imkanını rahatlaşdıran iynə hazırlamağa nail olublar.
Bu məhsul indiyə qədər İranda istehsal olunmurdu və indi isə kommersiyalaşdırma mərhələsinə çatıb.
Pərdis Texnologiya Parkının illik iclasının 22-ci mərasimində təqdim edilən məhsullarından biri bu məhsul idi.
Məhsulu istehsal edən şirkətin baş direktoru Zəhra Abid müsahibəsində deyib: İstehsal etdiyimiz məhsul döş işarələmə iynəsidir və o, sinə əməliyyatında xərçəng şişinin dəqiq təyin edilməsi üçün istifadə edilir. Əməliyyatdan öncə bu tel incə bir iynə ilə xəstənin toxumasına daxil edilir. Həkim əməliyyat zamanı bu məhsulla şişi daha rahat tapa bilər.
O, bu məsulun istehsalına olan ehtiyac barəsində deyib: Bu məhsulun bazarda az tapılması, xərçəng əməliyyatında həssaslığın çox olması və xəstələrə yardımı nəzərə alaraq, onu istehsal etməyi qərara aldıq. Bu məhsul lazım olan bütün təsdiqləri əldə edib, kommersiyalaşdırma mərhələsinə çatıb və məhsulun satışı da başlayıb.
Bu fəal texnoloq bu məhsulun oxşar məhsullarla fərqi barəsində deyib: Oxşar məhsullarda balıqçı qırmağına bənzər əlamət qoyma teli öz yerində sabit qalır və əgər həkim onu səhv bir yerə qoysaydı, onu çıxarmaq və yeri dəyişmək imkanı yox idi. Bu naqislik istehsal etdiyimiz bu məhsulda aradan qaldırılıb.