İranlı tədqiqatçıların “Inverse America Beynəlxalq Yeniliklər və İxtiralar Festivalı”ndakı uğuru

İranlı tədqiqatçılar “Inverse America Beynəlxalq Yeniliklər və İxtiralar Festivalı”nın “İdea, İxtira və İnnovasiya” və “Süni intellekt və Proqramlaşdırma Problemləri” kateqoriyaları üzrə medal qazanmağa müvəffəq olublar.

Xarici KİV-in verdiyi məlumata əsasən, Beynəlxalq Inverse Festivalı dünyanın 24 ölkəsindən, o cümlədən İran İslam Respublikası, Amerika, Kanada və Çindən olan tədqiqatçıların iştirakı ilə Amerikanın ev sahibliyi və Qlobal İnnovasiya, Elm və Tədqiqat birliyi, Google və Microsoft-un dəstəyi ilə 2024-cü ilin 23 və 24 Avqust tarixlərində keçirilib.

Tuvatron Scientific Educational Accelerator şirkətinin baş direktoru Mehrdad Süleymani Beynəlxalq Inverse Festivalının İrandakı nümayəndəsi olaraq bu barədə deyib: Bu tədbirdə ölkənin müxtəlif yerlərindən olan şagirdlərdən, tələbələrdən, elmi heyət üzvü olan professorlardan və sənayeçilərdən ibarət komandalar “İdea, İxtira və İnnovasiya” və “Süni intellekt və Proqramlaşdırma Problemləri” kateqoriyalarında iştirak ediblər.

İranlı tədqiqatçılar İdea, İxtira və İnnovasiya sahəsində 9 qızıl, 5 gümüş və 4 bürünc medal, Süni intellekt və Proqramlaşdırma Problemləri sahəsində isə 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

Scientific Educational Accelerator şirkətinin baş direktoru vurğulayıb: İnqilabın ikinci addımının hədəflərini nəzərə alsaq, İranda yeniyetmələrin və gənclərin innovasiya və istedadlarının dəstəklənməsi ölkənin öndə dayanan məsələlərindən olmalıdır ki, çox da uzaq olmayan gələcəkdə dünya səviyyəsində daha çox uğurlara şahid olaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir