İranlı tədqiqatçının məqaləsinin London Ümumdünya Kimya Konqresinin ən yaxşı məqalələrindən biri kimi seçilməsi

İranlı tədqiqatçının içməli suda dərman qalığını aşkar etmək üçün yeni metodla bağlı məqaləsi 2025-ci ildə Londonda keçirilən Dünya Kimya Konqresində ən yaxşı məqalələrdən biri seçilib.

Bu mühüm elmi uğur həm ətraf mühitin qorunması, həm də insan sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir.

Bu gün içməli sudakı dərman qalığı və onun aşkarlanması müasir şəhər həyatının əsas problemlərindən birinə çevrilib. Çünki bu qalığın insan orqanizmində yığılması sonsuzluq, dərmanlara qarşı müqavimət və hormonal balanssızlıq kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Bu sahədə aparılan yeni tədqiqatlar və innovativ diaqnostika metodları suyun təhlükəsizliyini təmin etmək və ictimai sağlamlığı qorumaq baxımından böyük əhəmiyyət daşıyır.

Məsələnin əhəmiyyətini nəzərə alaraq, İranın nanotexnologiya sahəsində çalışan bir tədqiqatçısı son araşdırmasında mühüm bir nailiyyət əldə edib. O, laboratoriya şəraitində aşkarlanması çətin olan SetirizinFeksofenadin dərmanlarının miqdarını ölçmək üçün qrafen oksid nanoşitlərindən istifadə etməklə yeni bir metod kəşf edib.

Bu nanoşitlər antihistamin qrupu dərmanlarının, o cümlədən Setirizin və Feksofenadinin sudan effektiv şəkildə sorulmasına kömək edən uyğun bir adsorbent kimi fəaliyyət göstərir.

Bu yenilik suyun təmizlənməsi və ətraf mühitin qorunması sahəsində mühüm irəliləyiş ola bilər.

Karbon nanosheetlərinin sintezi əslində, antihistamin nano-dərmanlarının(Setirizin və Feksofenadin) sudan çıxarılması üçün həyata keçirilir və bu metod dərman istehsalı zavodlarının su təmizləmə proseslərində istifadə oluna bilər. Həmçinin bu yanaşma digər dərmanlar, müxtəlif sənaye sahələri və kimyəvi maddələr üçün də uyğunlaşdırıla bilər.

Bu nanotexnologiya sahəsindəki iranlı tədqiqatçı, bu yeni tapıntısını kimya və əczaçılıq assosiasiyalarına məqalə şəklində təqdim edərək, 2025-ci ildə Londonda keçirilən Dünya Kimya Konqresində ən yaxşı məqalələrdən biri olaraq seçilib və İran üçün bu nüfuzlu elmi tədbirdə iştirak etmək hüququ qazanıb.

1988-ci ildə doğulmuş, əczaçılıq ixtisası üzrə təhsil almış və İran Əczaçılar Birliyinin üzvü olan  Yasəmən Pərvisi verdiyi müsahibədə bildirib: “Təxminən bir ildir ki, Feksofenadin və Setirizin dərmanlarına qarşı allergiya ilə bağlı tədqiqatlarımı, imkanların məhdud olmasına baxmayaraq, tamamladım və tapıntılarımı dünyadakı kimya və əczaçılıq assosiasiyalarına, həmçinin dünyanın böyük alimlərinin qarşısında məqalə şəklində təqdim edə bildim.”

O, 2025-ci ildə dünya kimya alimləri tərəfindən məqaləsinin ilin ən yaxşı məqalələrindən biri seçilməsindən məmnuniyyətini bildirərək, dünyanın ən böyük kimya konqresində İran üçün bir kürsü qazanmağı və bu böyük beynəlxalq tədbirə dəvət edilməsi ilə çıxış etmək hüququ qazandığını açıqlayıb.

O, London Kimya Konqresinə göndərdiyi məqalədə laboratoriya tapıntılarının nəticələri ilə bağlı bunları deyib: Bu tapıntı daha yaxşı fiziki sağlamlıqla yaşamağa kömək edir və şəhər içməli su səbəbiylə sonsuzluq və hormonal dəyişikliklər kimi xəstəliklərin yaranmasının qarşısını alır.

Pərvisi əlavə edərək bildirib: Vətəndaşlar daha sağlam sudan istifadə edə bilərlər və bu tapıntı sənaye sektorunda istehlak edilən suyun optimal təmizlənməsinə və sanitarlaşdırılmasına kömək edəcək.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir