İranlı tədqiqatçının sümük toxumasının bərpasında uğuru

Mehri Söhrabi “Kversetin tərkibli bioaktiv şüşələr əsasında inyeksiya edilə bilən pastaların osteogenik davranışının tədqiqi” layihəsi ilə sümük toxumasının bərpasını uğurla yaxşılaşdırmağa nail olub.

İran Milli Elmlər Fonduna (INSF) istinadən verilən məlumata görə, İran Elm və Sənaye Universitetində Material Mühəndisliyi üzrə doktorluq dərəcəsinə sahib Mehri Sohrabi bu layihə haqqında deyib:

“Sümük toxuma mühəndisliyində ən çox tədqiq edilən toxumalardan biridir. Onun zədələnmədən sonra özünü bərpa etmə qabiliyyəti olsa da, müxtəlif zədələr sümüyün çox dəqiq və nizamlı quruluşunu poza bilər. Sümük toxuma mühəndisliyi hüceyrədənkənar matrisi və onunla əlaqəli biokimyəvi yolları təqlid edərək uğurlu regenerasiyanı təmin etməyə çalışır. Uzun illərdir ki, bu bioloji prosesləri tənzimləmək üçün xarici amillərin istifadəsi üstün seçim olub.”

O, əlavə edərək bildirib: “İndiyədək sümük xəstəliklərinin müalicəsi və ya sümük defektlərinin doldurulması üçün müxtəlif formalarda materiallardan, o cümlədən sıx və ya məsaməli bloklardan, qranullardan və formalaşdırıla bilən pastalardan istifadə olunub. Lakin bu materialların və formaların hər biri müəyyən problemlərlə, məsələn, emal çətinlikləri və ya qonşu toxumalara miqrasiyayla üzləşib.”

Bu tədqiqatçı əlavə edib: “Bioaktiv şüşə pastaları bulk keramika ilə müqayisədə bir çox üstünlüklərə malikdir. Onların axıcılıq və inyeksiya edilə bilmə xüsusiyyətləri geniş tətbiq sahələrinə yol açıb. Xüsusilə minimal invaziv cərrahiyyələrdə və mürəkkəb sümük defektlərinin olduğu bölgələrdə istifadəsi böyük maraq doğurur.

O, sözlərinə davam edərək bildirib: “Hidroksiapatit (HA) və bioaktiv şüşələr kimi bioaktiv materiallar sümük və diş defektlərinin bərpasında geniş şəkildə istifadə olunub. Bu materiallar adətən sıx və ya məsaməli bloklar, qranullar, sementlər və inyeksiya edilə bilən sistemlər şəklində hazırlanır və osteogenezə (sümük əmələ gəlməsinə) şərait yaradır. Bununla yanaşı, toksik deyil, allergiyaya səbəb olmur və iltihablandırmır. Onlar bioaktiv materiallar kimi tanınır, çünki ətrafdakı toxuma ilə kimyəvi bağlar yarada bilirlər.”

O, sözlərinə davam edərək bildirib: “Bu sahədəki ən böyük irəliləyişlərdən biri hidrogellərin inkişafıdır. Onlar təkbaşına və ya hidroksiapatit və bioaktiv şüşə kimi bioaktiv materiallarla birlikdə istifadə oluna bilər və ümumilikdə biotibbi tətbiqlər üçün uyğun xüsusiyyətlərə malikdirlər. Struktural baxımdan bu sistemlər bir çox təbii toxumaların hüceyrədənkənar matriksinə bənzəyir. Bundan əlavə, hidrogellər müxtəlif emal üsulları ilə istehsal oluna bilər və dərman buraxılış sistemlərində, hüceyrə və böyümə faktorlarının ötürülməsində dayaqlıq strukturu kimi, eləcə də biomaterial-toxuma bağlanma nöqtəsində maneə və ya yapışdırıcı kimi istifadə edilə bilər.”

O, sözlərinin sonunda vurğulayıb: “İnyeksiya edilə bilən pastalarla bağlı indiyədək onların dərman kimi istifadəsinə dair heç bir hesabat təqdim olunmayıb. Bundan əlavə, bu pastaların inyeksiya qabiliyyəti və yuyulmaya (washout) qarşı dayanıqlığı kimi digər xüsusiyyətlərə təsiri də qeyri-müəyyən idi. Bu tədqiqatda məhz bu suallara cavab tapılıb.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir