Toxum hüceyrələrinin müqaviməti, xəstəliyin yüksək təkrarlanma nisbəti və ümumi sağ qalma müddətinin azlığı qaraciyər hüceyrə karsinomunu (HCC) səhiyyə sahəsində ciddi narahatlıqlardan birinə çevirib. Bu istiqamətdə, iranlı və avropalı tədqiqatçılar tərəfindən immunoterapiya kimi hədəfli yeni müalicə üsullarının mövcud müalicə metodları ilə birləşdirilməsi bu xərçəng növünün müalicəsində ümidverici bir yanaşma kimi diqqətə alınıb.
Xarici KİV-in Royan Tədqiqat İnstitutuna istinadən verdiyi məlumata görə, , immunotoksinlər (İT) antikorların hədəflənmiş bağlama xassələri ilə toksinlərin sitotoksik xüsusiyyətlərini birləşdirən bioloji molekullar sinfidir.
Hepatosellüler karsinoma (HCC) qaraciyər hüceyrələrində başlayan birincili qaraciyər xərçənginin ən çox yayılmış növüdür. Bu xəstəlik indi sirozlu insanlar arasında ən çox görülən ölüm səbəbidir və bütün dünyada xərçənglə əlaqəli ölümlərin üçüncü səbəbidir.
Məsud Vusuq, İlham Rismani, Mustafa Həsən, Mustafa Nacimi və onların Royan Tədqiqat İnstitutu, Şəhid Behişti Tibb Elmləri Universiteti, İsveçin Karolinska və Belçikanın UCLeuven Tədqiqat İnstitutundakı həmkarları birgə tədqiqat işi çərçivəsində Glypican-3 (GPC3) molekulunu hepatosellüler karsinomun (HCC) xüsusi müalicəsi üçün potensial hədəf kimi araşdırıblar.
Glypican-3 insan orqanizmində “GPC”» gen tərəfindən kodlanan bir zülaldır. Bu gen X xromosomunun uzun qolunda yerləşir və 580 amin turşusundan ibarət, 70 kilo Dalton ağırlığında bir zülal sintez edir. Glypican-3 embrion inkişafında və hüceyrə siqnalizasiya yollarının tənzimlənməsində mühüm rol oynayır və qaraciyər xərçənglərinin müalicəsində potensial terapevtik hədəf kimi diqqətə alınır.
Bu məqalə HCC müalicəsində immunotoksinlərin (IT-lərin) istifadəsinin üstünlükləri, çətinlikləri və ümidverici nəticələrinə dair əhatəli bir icmal təqdim edir. İcmal 2015–2024-cü illər arasında PubMed, Web of Science və Scopus kimi elmi verilənlər bazalarında yayımlanan mənbələrin sistemli axtarışı əsasında hazırlanıb.
Bu məqalə beynəlxalq “Expert Opinion on Therapeutic Targets” jurnalında nəşr olunub və göstərir ki, GPC3 əsaslı immunotoksinlərin istifadəsində yüksək potensiala baxmayaraq, onların bərk şişlərə kifayət qədər nüfuz etməməsi, bu molekullara qarşı neytrallaşdırıcı antikorların əmələ gəlməsi və serumda qısa ömür müddəti kimi maneələr diqqətə alınmalıdır.
Bundan əlavə, məqalə immunotoksinlərin xərçəng kök hüceyrələrini (CSCs) və qalan şiş hüceyrələrini məhv etməkdəki rolunu da araşdırır. Nəticədə, CSC-ləri hədəfləmə qabiliyyətinin xəstəliyin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azalda və xəstələrin ümumi sağ qalma müddətini artırmaq potensialı olduğu vurğulanır. Bu isə immunotoksinləri gələcəkdə HCC müalicəsində əsas elementlərdən birinə çevirə bilər.