İsfahanda ölkənin nüvə sənayesinin ən mühüm mərkəzinə “şəhid Ayətullah Seyid İbrahim Rəisi”nin adı verilib.
Xarici KİV-in verdiyi məlumata görə, keçirilən bir mərasimdə İsfahanda ölkənin nüvə sənayesinin ən mühüm mərkəzinə “şəhid Ayətullah Seyid İbrahim Rəisi”nin adı verilib.
Bu mərasim şəhid Ayətullah Rəsinin şəhadətinin 7-ci gününə təsadüf etməklə yanaşı, şəhid prezidentin xatirəsini yad etmək üçün Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslaminin iştirakı ilə İsfahan nüvə bölgəsində keçirilib.
İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bu mərasimdə deyib: Bugün Uca Allahın hüzurunda və İmam Xomeyninin (r.ə) matəm günlərində Ayətullah Rəisinin dəyərli xidmətlərinə ehtiram əmaləti olaraq nüvə sənayesində stratejik bölgə kimi təqdim edilən bu bölgəyə o şəhidin adı verilib ki, Ali Rəhbərin Ayətullah Rəisinin minnətsiz xidməti, yorulmazlığı və davamlı səylərindəki strateji baxışı bizim üçün qalıcı bir mədəniyyət olaraq yer alsın və biz bu yolu layiqincə davam etdirə, ölkənin nüfuzunun artması və yüksəlməsi üçün çalışa bilək.
O, əlavə edib: Bugün strateji sənaye sahəsində nüvə texnologiyasından insanların həyatında istifadə ilə bağlı verilən vədələrdən biri həyata keçib. Biz vədə verilən 12 radiasiya mərkəzindən birincisi olan İsfahan Radiasiya Mərkəzinin açılışını edə bildik.
İslami deyib: Bu mərkəz xalqın iştirakı ilə istehsal sıçrayışı ilində milli iqtisadiyyata təsir edəcək. Biz özəl sektorun imkanlarından istidafdə edərək ölkənin kənd təsərrüfatı məhsullarını hər gün artırmağı və sağlamlıq sektorunun xərclərini azaltmağı bacarmışıq. Məhsuldarlıq qabiliyyəti də elə bu istiqamətdə baş tutur.