İsfahanlı tədqiqatçıların həzm sistemi xərçənginin diaqnozu üçün dəst dizayn etməkdəki uğuru

İsfahanlı tədqiqatçılar süni intellekt və bioloji məlumatların təhlili vasitəsilə həzm sistemi xərçənginin diaqnozu üçün bir dəst dizayn etməyə müvəffəq olublar.

Navid Abidpur və Fatimə Hacı Babayi İsfahan (Xorasqan) İslam Azad Universitetinin İdman Fiziologiyası ixtisası üzrə tələbələri bu diaqnostik dəsti dizayn etməyə müvəffəq olublar.

Bu tədqiqatçılardan biri verdiyi müsahibədə bildirib: “Bu diaqnostik kit süni intellektdən istifadə edərək və hər bir insanın həzm sistemi toxumasının təhlili əsasında xərçəngə yoluxma ehtimalını proqnozlaşdırmağa imkan verir.”

Navid Abidpur əlavə edib: “İranlıların genetik quruluşuna əsaslanaraq inkişaf etdirilmiş bu unikal texnologiya həzm sistemi xərçənginin erkən diaqnostikasında mühüm irəliləyiş hesab olunur.”

O, bu layihə üzrə tədqiqatların 2021-ci ildən başladığını qeyd edərək vurğulayıb: “Bu araşdırmalar qlobal məlumatların təhlili və sahə sınaqlarının aparılmasından sonra elə bir diaqnostik kitin dizaynına gətirib çıxardı ki, həzm sistemi xərçənginə yoluxma ehtimalını yüksək dəqiqliklə proqnozlaşdıra bilir.”

Abidpur bildirib: “İranda və Qərbi Asiyada həzm sistemi xərçəngi ilə bağlı mövcud məlumatlar inkişaf etmiş ölkələrlə müqayisədə daha məhduddur. Bu xərçəng növü həyat tərzi və ətraf mühit amillərindən ciddi şəkildə təsirləndiyi üçün araşdırmalarımızı iranlıların genetik xüsusiyyətlərinə əsaslanaraq apardıq.”

Onun sözlərinə görə, ölkədə başqa bir tədqiqat institutu da bu alətə bənzər bir diaqnostik kit hazırlayıb, lakin İsfahanlı tədqiqatçıların kiti iranlıların genetik xüsusiyyətlərinə xüsusi diqqət yetirməsi ilə fərqlənir.

Bu tədqiqatçı əlavə edib: “Bu layihədə bir canlı orqanizmin genetik məlumatlarından istifadə edərək, zülalların quruluşu və funksiyasını geniş miqyasda araşdıran proteomika, informasiya daşıyan RNA molekullarının toplusunu öyrənən transkriptomika və süni intellektin tətbiqi sayəsində həzm sistemi xərçəngi ilə əlaqəli bioloji göstəriciləri (biomarkerləri) müəyyən edib təsdiqləyə bildik.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir