İşığın təsiri ilə anti-virusa çevrilən məhlul

İranlı tədqiqatçılar adi işıqla təmas tutduqda 10 000 saata qədər virus, bakteriya və göbələk əleyhinə xüsusiyyətə malik olan biliyə əsaslanan məhsul hazırlayıblar.

Xarici KİV-in verdiyi məlumata görə, İranda nanotexnologiya şirkətlərindən biri biliyə əsaslanan məhsul hazırlayıb. Hansı o, səthlərdə yaxud paltar üzərində istifadə edildiyi zaman adi işıqla təmas tutduqda 10 000 saata qədər virus, bakteriya və göbələk əleyhinə xüsusiyyətə malik olur.

Bu elm təməlli istehsal şirkəti İranın Tibb Elmləri Universitetinin İnkişaf Mərkəzində yerləşir və bu məhsuluna görə elm təməlli adını alıb.

Bu elm təməlli şirkətin baş direktoru olan İranın Tibb Elmləri Universitetinin professoru və elmi heyətinin üzvü Bita Mehrəvi verdiyi müsahibəsində deyib: Biz istehsal, istismar və sağlamlıq lisenziyasını almışıq. Öz məhsullarımız üçün Sib Salamat (məhsulun sağlamlılıq göstəricisi olan əlamət) və qida və dərman lisenziyası əldə etmişik. Məhsullarımız bitki əsaslıdır və dəri və saça qulluq sağlamlığı sahəsində fəaliyyət göstəririk.

Mehrəvi Ərbəin ziyarəti ilə bağlı sağlamlıq məhsulları barəsində deyib: Ərəbinlə bağlı məhsullarımız var. Məsələn, ötən illərdə mövcud olan problemlərdən biri 90% insanın bədən tərləməsindən yaranan qızartılar və qabarlardan əziyyət çəkməsi idi. Bizim istehsal etdiyimiz pudralar və spreylər bədən tərləməsindən yaranan qızartıların qarşısını almaq və onları aradan qaldırmaq üçündür.

O, əlavə olaraq deyib: Şirkətimizin elm təməlli olmasına səbəb olan digər bir məhsulumuz var. Biz dezinfeksiyaedici bir məhlul istehsal etmişik ki, ona adi işıq dəydikdə 10 000 saata qədər virus, bakteriya və göbələk əleyhinə xüsusiyyətə malik olur. Səthlərdə yaxud paltar üzərində istifadə edildikdə ona işıq düşən zaman o, özü göbələk, virus və bakteriyaları aradan aparmağa başlayır.

Mehrəvi deyib: Ərəbin ziyarətinə gedən zəvvarlar bu məhlulu paltar, çarpayı və istifadə etdikləri digər səthlərə vura və 10 000 saata qədər virus, bakteriya və göbələkdən amanda qala bilərlər.

O, bu məhsulun elm təməlli olduğu vaxt və Elmi Müavinlik tərəfindən dəstəklənməsi barəsində deyib: Bu məhsulun elm təməlli olması üçün göstərilən 4 illik səylər 2023-cü ildə öz nəticəsini verdi. Biz Elmi Müavinlikdən heç bir dəstək almamışıq və əslində, bunun üçün heç bir addım da atmadıq. İnnovasiya və Rifah fondunun Ərbəin ziyarətinə məxsus elm təməlli məhsullar münasibəti ilə keçirilən sərgisində iştirak etdik və onlar bizə Ərbəində məhsulumuzdan necə istifadə edəcəyimizi göstərdilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir