İsrail rejiminin pilotsuz təyyarələrinin məhv edilməsinin ilk görüntülərini Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Bazası yayıb.
Xarici KİV-in məlumatına görə, Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Bazasının İsrail rejiminin pilotsuz təyyarələrinin məhv edilməsinin ilk görüntüləri dərc olunub.
Sionist rejim İran İslam Respublikası ilə son 12 günlük müharibədə müxtəlif növ kiçik təyyarələr və pilotsuz uçuş aparatları ilə İran səmasının təhlükəsizliyini təhlükə altına atmağa çalışıb ki, bu da İran səması müdafiəçilərinin səyləri nəticəsində bir çox hallarda uğursuzluğa düçar olub.
Bu görüntülərdə biz zenit silahlarının və “Məcid” qısa mənzilli müdafiə sisteminin birgə əməliyyatının və İsrailin “Heron” pilotsuz təyyarəsinin vurulmasının şahidi oluruq.
Hava Hücumundan Müdafiə bazası İyunun 23-də verdiyi açıqlamada ölkənin əyalət səmasının müdafiəçilərinin Hermes, Heron və Harop da daxil olmaqla, 130-dan çox casus, döyüş və intiharçı pilotsuz uçan aparatları ilə uğurlu qarşıdurma keçirdiyini bildirib.