İtalyan saytı: İran peykləri ilə kosmik sıçrayışa hazır olun!

İtalyanın “Science Mag” internet saytı Silvia Jordan tərəfindən yazılan məqalədə İranın peyk dizaynı, hazırlanması və kosmosa buraxılması sahəsindəki son uğurlarını yüksək qiymətləndirib və onu yeni texnologiya dövrünün başlanğıcı hesab edib.

Öz məqaləsində İranın peyk nailiyyətlərini araşdıran Silvia Jordan təcrübəli bir yazıçı, yeni texnologiyalar və maliyyə innovasiyaları sahəsində bir mütəxəssisdir. O, Stanford Universitetinin texnologiya idarəçiliyi ixtisası üzrə məzun olub.

O, öz məqaləsində yazıb: “İrəli kosmik sıçrayışa hazır olun! İran Rabitə Nazirliyindəki möhtəşəm mərasimdə Pars 2 yeni nəsil peyki təqdim edib. Bu təkmilləşdirilmiş peyk heyrətamiz təsvir imkanlarına malikdir. O, 3 metr rəng ayırdetmə qabiliyyətinə, 4 metr monoxrom və 8 metr multispektral ayırdetmə qabiliyyətli ikiölçülü sensora malik olmaqla yüklərdən əldə olunan təsvirləri birləşdirməyə və 2.5 metrdən daha yaxşı ayırdetmə gücünə çatmaq üçün proqram texnikasından istifadə etməyə qadirdir. Bu peykin kosmosun kəşf olunması üçün ərməğan gətirdiyi aydınlığı təsəvvür edin!”

Pars 2 peyki əhəmiyyətli dəcədə təsvir imkanları ilə hazırlanıb. O, İranın peyk nəzarət və yerin müşahidə imkanlarını artırır. Görünməmiş təsvir aydınlığı, kənd təsərrüfatı, şəhərsalma, ətraf mühitə nəzarət kimi müxtəlif sektorlarda tərəqqinin asasnlaşdırılması bu peykin digər üstünlüklərindəndir.

İnqilabi bir hərəkətdə Navək telekommunikasiya peyki də ölkənin Milli Texnologiya Günündə ilk nümayişini keçirib. Yer atmosferindən yüksək hündürlüklərdə rabitənin gücləndirilməsi üçün hazırlanan Navək Yer ətrafına çəkilmiş elliptik orbitlə rabitə yaratmaq bacarığı ilə seçilir və ilk dəfədir ki, İran belə bir uğura imza atır.

Yuxarıda adı çəkilən yazıçının fikrincə, bu yenilik region əlaqələrində inqilaba zəmin yaradacaq. Bu dizayn ətraf mühiti geniş şəkildə əhatə etməyə imkan verir və rabitə imkanlarını artırır. Son nəticə isə yüksək ərazilərdə rabitənin uzaqdan idarə edilməsində bir çevriliş olacaq.

İran Kosmik Təşkilatının rəhbəri Həsən Salariye 25 peykin hazırlanmaqda olunduğunu və digər 8 peykin isə kosmosa buraxılışa hazır olduğunu bildirib.

Silvianın fikrincə, İran bu böyük dəyişkənliklə təkcə ulduzlara yetişmir, həm də insanların ünsiyyət və dünyanı kəşf etmə tərzini dəyişdirməyə hazırdır. Bizimlə birlikdə olun! Çünki bu, kosmosa həyəcanlı səfərin yalnız başlanğıcıdır!

O, məqaləsinin sonunda belə bir proqnoz verib: “İran bu peykləri yerləşdirməklə öz telekommunikasiya infrastrukturlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıra və potensial olaraq beynəlxalq şirkətlərlə tərəfdaşlığı və əməkdaşlığı artıra bilər.

İranın inkişafları regiondakı digər ölkələri də öz kosmik proqramlarını inkişaf etdirməsi üçün ruhlandıra bilər. Bu da kommersiya və hökumət proqramlarına yönəlmiş yeni kosmik rəqabətə səbəb olacaq. İran öz kosmik bacarıqlarını artırdığından, regionun geosiyasətinə təsir qoyacaq peyk təhlükəsizliyi və nəzarəti barəsində müzakirələr meydana gələ bilər.”

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir