Bugün səhər saatlarında verilən məlumata əsasən, bir neçə saatdan sonra İranın kosmik sənaye mütəxəssislərinin mühüm nailiyyətlərindən biri kimi “Nahid 2” rabitə peyki kosmosa buraxılacaq.
Peyk rabitəsini inkişaf etdirmək məqsədi ilə iranlı mütəxəssislər tərəfindən layihələndirilən və inşa edilən “Nahid 2” rabitə peyki bu gün, cümə günü, 25 İyul 2025-ci il tarixində Rusiyanın “Soyuz” buraxılış aparatı ilə “Vostochnı” kosmik bazasından kosmosa buraxılacaq.
Bu missiya İran İslam Respublikasının kosmik imkanlarının gücləndirilməsi istiqamətində növbəti addım olacaq. Nahid 2 peyki İran Kosmik Agentliyinin mütəxəssisləri tərəfindən qurulmuş və aşağı Yer orbitində (LEO) rabitə təcrübələri aparmaq üçün nəzərdə tutulmuş rabitə peykidir.
Bu peyk “Nahid 1”in daha təkmilləşdirilmiş versiyasıdır və onun məqsədi yerli rabitə və telekommunikasiya texnologiyalarını inkişaf etdirməkdir. Strateji layihə kimi “Nahid 2” rabitə peyklərinin hazırlanmasında və peykin geostasionar orbitdə operativ yerləşdirilməsi üçün texniki biliklərin əldə edilməsində mühüm addımdır.