Mazandaranlı sənətkar “Knoxville America” film festivalının ən yaxşı kinematoqrafiya mükafatını qazanıb

Mazandaranlı operator, refissor və redaktor “Fərəhbəxş Fərhidniya” Amerikanın Beynəlxalq Knoxville Film Festivalının ən ən yaxşı kinematoqrafiya mükafatına sahib olub.

Amerikanın Beynəlxalq Knoxville Film Festivalının (Knoxville International Christian Film Festival) hakimləri bu film tədbirinin ən yaxşı kinematoqrafiya mükafatınımazandaranlı sənətkar “Fərəhbəxş Fərhidniya”ya veriblər.

Fərhidniya bu mükafatı Sari şəhərindən olan sənədli film ustası Yasir Talebinin rejissorluğu ilə çəkdiyi “Tənha qalmayacam” adlı sənədli filmin görə qazanıb.

Amerikanın Beynəlxalq Knoxville Film Festivalı dini və beynəlxalq məhsulların istehsalı sahəsindəki film tədbirlərindən biridir. Bu festivalda dünyanın hər yerindən olan filmlər mənəvi və insani dəyərləri işıqlandırmaq üçün bir-biri ilə yarışırlar.

Fərhidniya 2023-cü ildə Mazandaran Kinoteatırının Mehribanlığı bayramında kinematoqrafiya sahəsində vilayətin seçilmiş sənətkarı kimi təltif edilib.

O, indiyə qədər çoxlu filmlər, sənədli filmlər, seriallar və televiziya proqramlarında rejissor, operator, quruluşçu operator və redaktor kimi iştirak edib. O, rejissorluq, operator sahəsində Mazandaranın tanınmış sənətkarlarından və idea yaradıcılarından biridir.

“Tənha qalmayacam” adlı sənədli film 5 ildən sonra övladlarının ürək döyüntülərini eşidən Mazandarandakı yaşlı cütlüyün həyatından bəhs edir.

Fəriba Ərəbin idarə etdiyi seçilmiş obrazın məhsulu olan bu sənədli film indiyə qədər bir neçə beynəlxalq festivalda yer tutub və bir sıra mükafatlar əldə edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir