Mömini və Əmuzad qızıl, İmami isə bürünc medal qazanıb

Albaniyada keçirilən Dünya Reytinq yarışlarında İranı təmsil edən iki sərbəst güləşçi qızıl medal əldə edib.

Albaniyanın ev sahibliyi ilə keçirilən Dünya Reytinq yarışlarının davamında İranın 3 təmsilçisi finalda və bir təmsilçisi isə təsnifat mərhələsində öz rəqibləri ilə üz-üzə gəliblər.

57 kq çəkidə yarışan Əli Mömini və Hadi Rzayi birinci dövrədə bir-biri ilə üzləşib və Mömini 7-3 hesabı ilə qələbə qazanıb. O, dörddə bir final mərhələsində Qazaxıstandan olan Meri Bazarbayevi 4-1 hesabı ilə məğlub edib və yarım final mərhələsinə yollanıb. O, bu mərhələdə Qırğızıstandan olan Azmat Samanbekov üzərində 6-2 hesablı qələbə əldə edərək finala vəsiqə qazanıb. Mömini finalda tacikistanlı Ayal Belolyubski ilə qarşılaşıb və onu da 5-2 və texniki zərbə ilə məğlub edərək qızıl medala sahib olub.

65 kq-da yarışan Rəhman Əmuzad birinci dövrədə qazaxıstanlı Nursultan Sadiki 7-0 və ikinci dövrədə isə gürcüstanlı Qudarzi Dzhabisaşvilini 13-0 hesabı ilə məğlub edib. Əmuzad dörddə bir final mərhələsində Yaponiyadan olan Kaji Ogino üzərində 4-0 hesablı qələbə əldə edib, yarım finala çıxıb. O, bu mərhələdə amerikalı Rayli Vudsa 11-2 hesabı ilə qalib gələrək final görüşünə yollanıb. Əmuzad final görüşündə Qırğızıstandan olan Jumaşbek Olu ilə qarşı-qarşıya gəlib. Əmuzad bu rəqibi üzərində də 5-1 hesablı üstünlük əldə edərək qızıl medal qazanıb.

74 kq-da yarışlara qatılan Yunis İmami birinci mərhələdə istirahətdən sonra ikinci dövrədə Çindən olan Tao Şeni 10-0 hesabı ilə məğlub edib. O, dörddə bir finalda gürcüstanlı Otari Baquri üzərində 10-2 hesabı ilə qələbə qazanıb və yarım final mərhələsinə çıxıb. İmami bu mərhələdə Olimpiya Oyunları mükafatçısı albaniyalı Çerman Valeyevə 8-3 hesabı ilə mğəlub olub və təsnifat görüşünə yollanıb. O, bu mərhələdə Qırğızıstandan olan Oruzbek Toktomabtov ilə görüşüb və 6-1 hesablı üstünlük əldə edərək bürünc medal qazanıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir