Bugün səhər İran İslam Respublikası ordusu “Arəş” sinfinə aid kamikadze təyyarələri sionist rejimin coğrafi ərazisinə nüfuz edərək, nəzərdə tutulan hədəfləri uğurla məhv edə bilib.
İran İslam Respublikası ordusunun sionist rejimin təcavüzünə qarşı apardığı pilotsuz təyyarə əməliyyatında İran İslam Respublikası ordusunun bir neçə “Arəş” kamikadze təyyarəsi bugün səhər işğal olunmuş ərazilərin dərinliklərində nəzərdə tutulan hədəfləri vuraraq, bu hədəfləri məhv edib.
Qətər xəbər şəbəkəsi də “Doğru vəd 3” əməliyyatının başlamasından sonra son regional hadisələrlə bağlı xəbərlərində Arəş pilotsuz təyyarələrinin İsrail hava məkanına daxil olduğunu və xüsusi hədəfləri uğurla vurduğunu təsdiqləyib.
Qeyd edək ki, İran sionist rejimin təcavüzkar hücumlarına cavab olaraq dünən gecə Tel-Əvivi və işğal olunmuş Fələstin torpaqlarının digər bölgələrini cavab hücumları ilə hədəfə alıb və tətbiq olunan xəbər senzurasına baxmayaraq, rejim mediası indiyədək 3 insanın öldürüldüyünü və 100-dən çox insanın öldürüldüyünü etiraf edib.