Müxtəlif ölkələrə aid avtomobillərin dövlət nömrə nişanını oxuyan sistem

Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri qonşu və Avropa İttifaqı ölkələrinin avtomobil nömrəsini oxuya bilən çoxmillətli nömrə nişanı oxuyucusu istehsal etməyə nail olublar.

Yerli və xarici maşınların dövlət nömrə nişanını oxumaq qabilibiyyəti təhlükəsizliyin artmasına, nəqliyyat parkının optilam idarə olunmasına və tıxacların azaldılmasına çox kömək edir. İranın elm təməlli şirkətlərindən biri çoxmillətli və müxtəlif işıq şəraitində, hətta gecə dəqiq şəkildə avtomobil dövlət nömrə nişanlarının oxunması sistemini istehsal etməyi bacarıb.

Şirkətin baş direktoru Məhəmməd Əkbəri Nəsəb bu şirkətin məhsulları və onların istifadəsi haqqında deyib: Çoxmillətli nömrə oxuyucusu daxili və xarici donanmanın izlənilməsi və monitorinqi üçün vasitədir. O, həmçinin dəniz limanları və sərhəd girişlərində də istifadə olunma qabiliyyətinə malikdir. Bundan əlavə, bu məhsul sərhəd avtovağzalları, ağıllı dayanacaqlar və dəniz limanlarının smartlaşdırılması üçün istifadə oluna bilər.

O, çoxmillətli nömrə oxuyucusunun bəzi aşkar xüsusiyyətlərinin izahında deyib: Bu nömrə oxuyucusu avtomobillərin dövlət nömrə nişanlarını yüksək sürət və dəqiqliklə müəyyən edə bilir. Çoxmillətli nömrə oxuyucusu müxtəlif işıq şəraitində, hətta gecə dəqiq şəkildə işləyə bilir. Bu məhsul İran və xarici avtomobillərin nömrələrini müəyyən etmə qabiliyyətinə malikdir. Asan quraşdırma, asan və istifadəçinin bəyəndiyi interfeys bu sistemin xüsusiyyətlərindəndir.

Əkbəri Nəsəb bu məhsulun sadə şəkildə bütün növ smartfonlara yüksək keyfiyyətlə və kameranın titrəməsi və bucağına nisbətdə aşağı həssasiyyətlə quraşdırılmasını bildirərək qeyd edib: Bizim çoxmillətli nömrə oxuyucusu məhsulumuz dövlət nömrə nişanlarını müəyyən etmə sahəsində dəyişiklik yarada bilər. Bu məhsul tıxacların azaldılmasına, təhlükəsizliyin artmasına və nəqliyyat parkının optilam idarə olunmasına kömək edə bilər.

O, şirkət tərəfindən yaradılmış birbaşa və dolayı məşğuliyyətlə bağlı deyib: Bizim şirkətdə birbaşa olaraq 5 nəfər işləyir, amma bir neçə böyük şirkətlə işlədiyimizi nəzərə alaraq dolayı olaraq bizimlə 300 nəfərə yaxın insan əməkdaşlıq edir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir