Nanosaniyənin yüzdə biri dəqiqliyinə malik atom saatının lokallaşdırılması

İranda nanosaniyənin yüzdə biri dəqiqliyində atom saatının istehsal texnologiyası lokallaşdırılıb. Bu məhsul aerokosmik və naviqasiya sənayelərində istifadə olunur.

Şəhid Behişti Universitetinin elmi heyətinin üzvü Seyidə Mehri Həmidi Səngdehi Elmi müavinliyin Süni intellekt, Lazer və Kvant Mərkəzinin dəstəyi ilə atom saatını lokallaşdırmağa nail olub.

Atom saatından istifadə etməklə zamanı çox yüksək dəqiqliklə ölçmək olar. Kvant sensorları kimi tanınan bu saatlar müxtəlif hərbi və mülki sahələrdə geniş istifadələrə malikdir.

Atom saatı nanosaniyənin yüzdə biri dəqiqliyinə sahibdir. Rubidium atomlarından istifadə edilməklə hazırlanan bu saat zamanlama və yerləşdirmə (GPS), klassik və kvant rabitəsi və.s kimi tətbiqlər üçündür.

Qeyd etmək lazımdır ki, atom saatları dünyada kommersiyalaşdırılıb və onların texnoloji yetkinlik səviyyəsi 9-dur.

Bu məhsul aerokosmik və naviqasiya sənayelərində, istinad tezliyi cihazlarında istifadə olunur.

Texnologiyanın lokallaşdırılması atom saatının texniki üstünlüyüdür və hər bir cihaz üçün təxminən 3000 dollar valyuta qənaəti gətirir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir