Nikola Petrov Kubukonda İran idmançıları 2 medal qazanıb

Bolqarıstan Beynəlxalq Kubokunda İranın Yunan-Roma güləşçiləri 2 medal əldə ediblər.

Bugün səhər Bolqarıstanın Varna şəhərində güləş üzrə Nikola Petrov Kubokunun beynəlxalq yarışları başlayıb.

Bugünki yarışlarda İranın 72 və 82 kq çəki dərəsindəki təmsilçiləri Höccət Rzayi və Məhəmməd Naqusi rəqibləri ilə görüşüblər.

72 kq-da yarışan Höccət Rzayi ilk görüşdə Bolqarıstandan olan İv İliyovu 8-0 nəticə ilə məğlub edib. O, ikinci görüşdə bolqarıstqanlı Dimitar Georgiyev üzərində 2-0 və texniki zərbə ilə qələbə qazanıb. Rzayi üçüncü görüşdə isə bolqarıstanlı Qornyaşkini məğlub edərək qızıl medal qazanıb.

82 kq çəkidə yarışan Məhəmməd Naqusi birinci mübarizədə 1-1 hesabı ilə Bolqarıstan təmsilçisi Aik Manatsakiana məğlub olub. Bu görüş hakim problemi ilə müşayiət olunub. Naqusi növbəti görüşdə bolqarıstanlı Osotoslav Minkolova 3-3 hesabı ilə uduzub. O, üçüncü görüşdə isə Bolqarıstandan olan Əziz Atanasov üzərində 10-0 hesabla qələbə qazanıb və nəticədə bürünc medal əldə edib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir