“Tərkibində palıd qabığı ekstraktı olan polikaprolakton (PCL) nanoliflərindən yara sarğılarının istehsalı” iranlı professorlardan birinin xəstələr üçün geri dönməz fəsadları azaldacaq və yaraların sağalma keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq tədqiqat layihəsinin adıdır.
İran Milli Elm Fondunun verdiyi məlumata görə, “Tərkibində palıd yarpağı ekstraktı olan polikaprolakton (PCL) nanoliflərindən yara sarğılarının istehsalı” Milli Elm Fondunun dəstəyi ilə Kermanşah Razi Universitetinin professoru Suheyla Kaşaniyanın tədqiqat layihəsidir.
Kaşaniyan bu lahiyəni belə izah edib: Dəri orqanizmin xarici amillərə qarşı ilk müdafiə baryeridir və onun hər hansı ciddi zədələnməsi orqanizmin sağlamlığına təhlükə yaradır. Hər gün bir çox insan yara və yanıq səbəbindən xəstəxanalara müraciət edir. Bu insanlar adətən xəstəxanalarda steril cuna, şoran suvarma, yerli, oral və inyeksiya antibiotikləri ilə müalicə olunurlar. Bəzi hallarda bu müalicə üsulu yaranın tam sağalması ilə nəticələnmir.
O, əlavə olaraq deyib: Həmçinin ənənəvi müalicə metodunda əksər hallarda yara yeri öz orijinal və təbii formasına qayıtmır və yara yeri həmişə çapıq şəklində insanın dərisində qalır. Ona görə də yaranın çirklənmədən, bakteriyalardan, ətraf mühit faktorlarından, xarici qüvvələrdən qorunması üçün uyğun yara sarğı fiziki qalxan rolunu oynaya bilər.

Bu tədqiqatçı sözlərinin davamında deyib: İdeal yara sarğısı yara ifrazatını udmaq qabiliyyəti, su buxarını və oksigeni keçirmə qabiliyyəti, toksik olmamaq, biouyğunluq, arzuolunan mexaniki xüsusiyyətlər və antibakterial xüsusiyyətlər kimi xüsusiyyətlərə malikdir. Bu gün nanotexnologiyanın köməyi ilə dərman bitkilərinin ekstraktları əsasında tərkibində antibakterial maddələr olan nanoliflərin istehsalı bu problemi xeyli dərəcədə həll edə bilib.
O, həmçinin bildirib: Bu layihədə istifadə olunan palıd ciftinin ekstraktı, Kirmaşah vilayətinin meşə palıd ağaclarından əldə olunur. Ənənəvi təbabət mənbələrində palıdın xüsusilə yaraların sağalmasına təsir göstərən tibbi xüsusiyyətlərinə toxunulub.
Palıd ciftinin tərkibində tanin, flavonoid, alkaloid və bir sıra aromatik birləşmələr mövcuddur ki, bu maddələr antioksidant xüsusiyyətlərə malikdir. Bu ekstrakt iltihabı azaldaraq və TGF-β artırmaqla epidermal inkişaf faktorlarını aktivləşdirə bilir. İltihabın azalması yara bərpasını sürətləndirdiyi üçün belə nəticəyə gəlmək olar ki, palıd ciftinin iltihab əleyhinə tərkibi yanıq nəticəsində yaranmış yaraların daha sürətli sağalmasına səbəb olur.
O, daha sonra vurğulayıb: Bu layihənin digər məqsədləri arasında İranın təsirli dərman bitkiləri, o cümlədən naməlum qalan palıd ciftinin tanınması və bu cür təbii sərvətlərə malik olmaqla ölkənin maksimum potensialından istifadə edilməsi daxildir.
Kaşaniyan, həmçinin qeyd edib: Bundan əlavə, nanoliflərin terapevtik tətbiqlərdə istifadəsinin inkişafı dünyanın yüksək sürətlə hərəkət etdiyi bir istiqamətdir.