General Səlaminin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin ölkənin cənub sahillərindəki raket bölmələrini ziyarəti zamanı İranın yeraltı raket şəhərində İran müdafiə qüvvələrinin “Qədr 380” qanadlı strateji dəniz raketi adlı ən yeni nailiyyəti nümayiş olunub.
Məlumata əsasən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin raket bölmələrinin hazırlığının yoxlanılması ilə bağlı səfəri çərçivəsində bu qüvvələrin yeraltı raket bazasında 1000 km-dən çox uçuş məsafəsinə malik olan Qədr 380 qanadlı strateji dəniz raketini təqdim edib.
Qədr 380 qanadlı strateji dəniz raketinin buraxılma görüntüləri
Bir nəfər tərəfindən və 5 dəqiqədən az bir vaxt ərzində əməliyyat yerinə yetirmə qabiliyyəti bu raketin əsas xüsusiyyətlərindəndir.
Bu yeraltı şəhərlərdə düşmən esmineslərinin elektron müharibəsi ilə mübarizə aparma qabiliyyətli raketlər yerləşir.
Silah sistemi üzərində güclü təkmilləşdirilmiş və elektron müharibə ilə mübarizə qabiliyyətinə malik olan bu raketlər ən qısa zamanda əməliyyat yerinə yetirməyə hazırdırlar.
Raket şəhərlərinin təqdimatı
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı general “Hüseyn Səlami” deyib: İran xalqı bilsin ki, onların övladları Silahlı Qüvvələrdə, o cümlədən SEPAH-da ölkənin qorunması və güclənməsi üçün gecə-gündüz çalışırlar.
Ali Baş komandan bildirib: Bu raket şəhərləri qüdrətimizin bir hissəsidir. Raket şəhərlərinin təqdimatı düşmənlərin hesablamalarının dəqiq olması üçündür. Yəni düşmənlər həm özlərinə və həm də digərlərinə baş ağrısı yaradan səhvlərə yol verməsinlər.
O, “Əgər düşmən səhv edərsə nə olar?” sualına cavab olaraq bildirib: Bütün bu sistemlər ehtiyac olan gün İnqilabın Ali rəhbərinin və böyük İran xalqının iradəsi və güclü əlləri tətik üzərində olan əziz insanların əli ilə işə düşəcək.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Komandanı general Əlirza Təngsiri də bu təqdimat mərasimi çərçivəsində təqdim edilmiş raketlər barəsində deyib: Bu raketlər SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin istehsalıdır və 1000 km-dən çox uçuş məsafəsinə malikdir. Qədr 380 qanadlı raketin xüsusiyyətlərindən biri onun anti-jamming olmasıdır ki, onu yayındırmaq mümkün deyil və o, hədəfə dəyən ana qədər idarə olunma qabiliyyətinə malikdir. Bir nəfər tərəfindən və 5 dəqiqədən az bir vaxt ərzində əməliyyat yerinə yetirmə qabiliyyəti bu raketin əsas xüsusiyyətlərindəndir.
O, vurğulayıb: İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin imkanları günbəgün artır. Biz özümüzü hər bir miqyasda və hər bir coğrafiyada istənilən təhdidlə mübarizə aparmaq üçün hazırlayırıq.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri Yanvar ayının 18-də yerin dərinliklərindəki strateji bazasının bəzi hissələrini nümayiş etdirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı həmin mərasimdə SEPAH-ın Hərbi Dəniz Qüvvələri Komandanı ilə birlikdə bu qüvvələrin hücum gəmilərinin şəhərlərindən birinin döyüş hazırlıqlarına baxış keçirib.