Qəzzə dronunun uçuşu və atəş açmasının yeni görüntüləri

İran İslam İnqilabı Keşikçilərinin Aerokosmik Qüvvələri “Peyğəmbəre Əzəm” təlimi çərçivəsindəki əməliyyatlarda ilk dəfə olaraq Qəzzə dronu ilə 8 hədəfi məhv ediblər.

Qəzzə dronunun hansı xüsusiyyətləri var?

“Qəzzə” yaxud “Şahid 149” dronu İranın 2021-ci ildə nümyayiş edilən ən uzaq mənzilli və aviasiya sənayesinin istehsalı olan yerli dronudur.

Bu pilotsuz uçuş aparatı ağır və böyükdür. Onun qanadının uzunluğu 21 metr, uçuş müddəti 35 saat, uçuş hündürlüyü 35 min fut (10.5 km), maksimal uçuş sürəti 350 km/saat və yük daşıma gücü 500 kq-dır. Bu da, Şahid 129 dronu ilə müqayisədə uçuş göstəricilərində əhəmiyyətli dərəcədə sıçrayış olduğunu göstərir.

Qəzzə dronunda ilk dəfə olaraq pistonlu və fırlanan mühərriklərin əvəzinə turboprop mühərriyindən istifadə edilib. Qaz turbininə sahib olduğundan bu tip mühərriyin istifadəsi daha yüksək hündürlüklərdə daha səmərəli ola bilər və həmçinin o, dronun daha sürətli olmasını təmin edir. Bu xüsusiyyət uçuş hündürlüyünün artmasına və Qəzzə dronunun digər dronlarla müqayisədə daha sürətli olmasına səbəbdir.

İranın ən böyük dronunun 35 saat uçuş müddəti var

Bu dronun xüsusiyyətlərindən biri onun uçuş müddətinin çox olmasıdır. O, “Şahid 129”-dan 11 saat daha çox uçuş müddətinə malik olaraq 35 saat havada qala bilir. Bu xüsusiyyət hava müşahidəsi və monitorinq əməliyyatları saatlarının artmasından əlavə, onun uçuş məsafəsinin də artmasına səbəb ola bilər.

“Qəzzə” dronu zahiri görünüşdə də “Şahid 129” dronu ilə müqayisədə daha böyük ölçülərə malikdir. Beləki, onun ən bariz nünuməsi qanad uzunluğunun artırılmasıdır. Uzun qanadlar “Qəzzə” dronuna daha çox bomba daşımağa imkan verir. SEPAH-ın Aerokosmik Qüvvələrinin komandirinin sözlərinə görə, bu dron 13 bomba daşıma qabiliyyətinə malikdir.

Digər tərəfdən, bu dronda bomba daşınmaq üçün yeni texnologiya istifadə olunub ki, onun müxanizmi də öz növbəsində maraqlı və innovativdir.

Əslində, bu pilotsuz təyyarənin qanadlarının üzərində boma quraşdırılması üçün sərt yerlər var. Lakin gövdənin ortasında da elekron müharibə yüklərini, radarları və s. daşımaq üçün bölmə nəzərdə tutulub. Bu bölmədə 5 bomba daşıya bilən fırlanan bomba darağı yerləşə bilər. Belə bir daraq Qəzzə dronunun təqdimatında nümayiş olunmuşdu..

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir