Qabaqcıl yerli texnologiyaya söykənən uşaq onurğa implantları

İranın elm təməlli şirkətlərindən birinin səyləri nəticəsində ölkə daxilində xarici nümunələri ilə eyni keyfiyyətə malik müxtəlif növ məhsullar hazırlanıb.

Onurğa sütunu implantları, xüsusən də uşaqlara məxsus implantlar çox mürəkkəb texnologiyalı tibbi avadanlıqlardan hesab olunur. Bu növ tibbi avadanlıqların istehsalında standartların tətbiqi və keyfiyyətin qorunması adətən qabaqcıl texnologiya ilə həyata keçirilir. Bundan öncə İrann bu avadanlıqlara olan ehtiyacının çox hissəsi idxal yolu ilə təmin olunurdu. Amma İranın elm təməlli şirkətlərindən birinin göstərdiyi səylərlə ölkə daxilində xarici nümunələri ilə eyni keyfiyyətə malik müxtəlif növ məhsullar hazırlanıb.

Elm təməlli şirkətlərdən biri ölkənin professorları və gənc akademik elitasının imkanlarından istifadə etməklə boyun, bel, uşaqlara məxsus onurğa sütunu implantları və tezliklə diş implantlarını ölkə daxilində istehsal edib, xəstələrin ehtiyacını aradan qaldırmağa və valyuta çıxışının qarşını almağa müvəffəq olub.

Elm təməlli şirkətin baş direktoru Müctəba Səlimi deyib: Əvvəlcə komandamızda bir qrup professor və implantların dizaynı üçün məsləhətçi kimi iki onurğa sütunu cərrahi bizimlə birgə idi və biz 2013-cü ildə fəaliyyətə başladıq. Biz onurğa implantlarının dizaynı və istehsalı sahəsində ixtisaslaşmış şəkildə fəaliyyət göstəririk. Fəaliyyətimizin ilk günlərində yalnız 3-4 növ məhsul istehsal edirdik. Amma zaman keçdikcə, şirkətin istehsal imkanları artdı və hal-hazırda 37 növ məhsulun istehsalı üçün Qida və Dərman Təşkilatından lisenziya əldə etdik.

Ölkədə uşaq onurğa implantlarının yeganə istehsalçısı

O, bildirib: Müxtəlif növ məhsullar, o cümlədən onurğa sütunu vintləri, böyüklər və uşaqlar üçün boyun və bel implantları istehsal edirik. Bu şirkət ölkədə uşaq onurğa sütunu implantları istehsal edən yeganə şirkətdir. Həmçinin hazırda şirkətin tədqiqatçıları ölkədə ilk dəfə istehsalı gözlənilən yeni bir məhsul üzərində çalışırlar. Bu avadanlıq qabaqcıl texnologiyalı məhsul sayılan hidroksiapatit örtüklü onurğa sütunu vintidir.

Səlimi, həmçinin bildirib: Bu şirkətin istehsal etdiyi bütün məhsullar müasir standartlara uyğun şəkildə hazırlanır və Tibbi Avadanlıqların və Ləvazimatların Baş İdarəsinin istehsal lisenziyasına, ISO 13485-ə ( tibbi avadanlıqların keyfiyyətinin idarə olunması standartı) və ISO 9001-ə (istehsal və xidmət keyfiyyətinin idarə olunması standartı) malikdirlər.

O, əlavə olaraq deyib: Ölkədə uşaq onurğa sütunu implantları istehsal edən yeganə şirkət olduğumuzu nəzərə alaraq, şirkətin əsas məqsədi ölkə daxili ehtiyacın təmin edilməsidir. Amma yeni infrastrukturlar yaratmaq və fəaliyyətləri genişləndirməklə şirkətin istehsal imkanlarını artırmağa, region bazarlarının ehtiyacını araşdırmaqla şirkətin ixracat proqramlarına başlamağa çalışırıq. İxracat bazarlarına daxil olmaqdan ötrü dünya ölkələrinin əksəriyyətinə ixrac etmək üçün vacib işlərdən biri sayılan Avropa CE sertifikatını əldə etmək istəyirik.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir