Qamma şüaları ilə keyfiyyətli düyü istehsalı

Elm təməlli şirkətlərdən birinin mütəxəssisləri qamma şüaları ilə bir düyü sortu istehsal ediblər ki, məhsuldarlığı iki dəfə artırmaqla yanaşı, daha az imtiyazlı bölgələrdə də becərilə bilər.

Elm təməlli şirkətlərdən biri yeni bir düyü sortu istehsal etməklə kənd təsərrüfatı məhsuldarlığının artırılması və fermerlərin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm addım atıb. Qamma şüalanması ilə istehsal edilən bu düyü ikiqat məhsuldarlıqdan əlavə, daha az imtiyazlı bölgələrdə də becərilə bilər.

Şirkətin baş direktoru Əmmar Əxfəmi bu şirkətin fəaliyyət tarixçəsinə toxunaraq deyib: Biz 2011-ci ildən bəri Atom Enerji Təşkilatının əməkdaşlığı ilə və 20 növ düyü üzərində qamma şüalanmasından istifadə etməklə 10 il araşdırma və səylərdən sonra ənənəvi sortlardan həm daha çox məhsuldarlığı, həm də yüksək keyfiyyəti olan düyü istehsalına nail olmuşuq. Nüvə şəhidi Əhmədi Roşənin xatirəsinə bu düyü növünü “Roşən” adlandırmışıq.

O, bildirib ki, şirkətləri sertifkatlı toxum istehsal edir və paylayır. Onun sözlərinə görə, bu şirkətin sertifkatlı toxumları ölkənin müxtəlif bölgələrində çox yaxşı nəticə verib və yerli nümunələrlə müqayisədə ikiqat məhsuldarlığa sahib olub. Bu toxumun Sistan və Bəluçestan kimi bölgələrdə istifadə edilməsi bu bölgələrin əkinçilik imkanlarını əhəmiyyətli dərəcədə çoxalda və fermerlərin gəlirlərini artıra bilər.

Bu elm təməlli şirkətin baş direktoru şirkətin ən böyük nailiyyətinin “Roşən” düyü sortunun yüksək istehsal imkanı olduğunu qeyd edərək bildirib: Ölkənin çəltik tarlalarında bu sortun inkişafı ilə özünü təmin etmə həddinə çata və hətta düyü ixracatına da nail ola bilərik.

Əfxəmi sonda vurğulayıb: Daha az imtiyazlı bölgələrdəki fəaliyyətimizi nəzərə alsaq, Roşən düyüsünün istifadəsi kənd təsərrüfatı məhsuldarlığının artmasına və insanların güzəranının yaxşılaşmasına səbəb ola bilər.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir