Qida maddələrini yüksək dəqiqliklə təyin edən cihazın hazırlanması

Elm təməli şirkətlərdən birinin mütəxəssisləri qanda mövcud olan spirtin, əczaçılıq nümunələrindəki həlledicilərin və qida maddələrindəki həlledici qalıqlarının analizində istifadə edilən cihazı istehsal etməyə və patentləşdirməyə nail olublar.

İranın elm təməlli şirkətlərdən biri baş boşluğu (headspace) cihazı nümunəsini hazırlamağa və patentləşdirməyə müvəffəq olub. Bu cihaz qaz, maye və bərk nümunələrdə uçucu və yarı uçucu maddələrin analizində, qanda mövcud olan spirtin, əczaçılıq nümunələrindəki həlledicilərin və qida maddələrindəki həlledici qalıqlarının analizində istifadə edilir.

Şirkətin idarə heyətinin rəhbəri Musəvi deyib: Patentə malik baş boşluğu cihazı (headspace ) bu şirkət tərəfindən 12-ci İran istehsalı sərgisində təqdim olunan məhsullardan biridir. Headspace nümunənin kiçik qapalı şüşə flakona yerləşdirildiyi və baş boşluğu adlanan qaz fazası hissəsinin aşkarlanması və kəmiyyətinin müəyyən edilməsi üçün qaz xromatoqrafiyası ayırma sütununa daxil edildiyi bir üsuldur.

O, bu cihazın funksiyası ilə bağlı deyib: Headspace nümunə götürmə sistemi qaz xromatoqrafiya cihazından istifadə etməklə uçucu nümunələrin təhlilini yerinə yetirmək məqsədi ilə səmərəli və standart texnikaya malik avtomatik avadanlıqdır. Bu üsulda analiz üçün nəzərdə tutulan nümunə şüşə bir qaba (Flakon) qoyulur. Sonra xüsusi qapılarla (Cam Crimp) bağlandıqdan sonra temperaturu tənzimləmək və idarə etmək imkanı olan qızdırıcı kameraya (Oven) yerləşdirilir. Hər bir analit növü ilə müvafiq tarazlıq müddəti keçdikdən sonra flakonun yuxarı səthində uçucu maddələr yaranır və sonra yaradılmış buxarların tələb olunan hissəsi qaz xromatoqrafiya cihazına yönəldilir və maddələrin müəyyən edilməsi və ölçülməsi prosesi aparılır.

Musəvi sözlərinin davamında bildirib: Qaz, maye və bərk nümunələrdə uçucu və yarı uçucu üzvi maddələrin təhlili, qanda spirt və əczaçılıq nümunələrində həlledicilərin analizi, monomerlərin, polimerlərin və plastiklərin sənaye analizi, parfümeriya və kosmetika məhsullarında ətirlərin analizi, qalıq həlledicilərin analizi, qida məhsulları, qida məhsullarında butilləşdirilmiş hidroksitoluen analizi və həlledici analiz üçün əczaçılıq birləşmələrinin təhlili bu məhsulun tətbiqlərindən bəziləridir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir