Qiymətli Haematococcus mikroyosunların uzunmüddətli qorunmasında yeni nailiyyət

İran Milli Genetika və Bioloji Ehtiyatlar Mərkəzinin tədqiqatçıları yeni üsullardan istifadə etməklə mikroyosunların uzunmüddətli və sabit qorunmasında böyük addım atıblar. Bu üsulla geniş sənaye və bioloji tətbiqli Haematococcus pluvialis mikroyosunların qorunma imkanı əldə edilib.

İran Milli Genetika və Bioloji Ehtiyatlar Mərkəzinə istinadən verilən məlumata əsasən, bu mərkəzin mikroorqanizmlər bankının tədqiqatçıları Haematococcus pluvialis mikroyosunların liyofilizasiya üsulu ilə uzunmüddətli saxlamaq üçün yeni bilik əldə etməyə müvəffəq olublar. Geniş tətbiqli bu mikroyosunlar əczaçılıq, qida, kosmetika, akvakultura və quş yemi sənayelərində qiymətli bioloji resurslardan biri sayılır.

Haematococcus pluvialis mikroyosunları astaksantin, karotenoidlər və yağ turşuları kimi qiymətli bioaktiv birləşmələrə malik olmaqla müxtəlif sənayelərdə əsas rol oynayır. Bu mikroorqanizmin qabaqcıl üsullarla uzun müddət saxlanılması bu bioloji resursun qorunması üçün əsas addımdır.

Qeyd olunan bu yeni nailiyyət mikroyosunların müxtəlif sənaye və tədqiqatlarda istifadəsinin genişləndirilməsi üçün bir fürsətdir və onun ölkədə biotexnologiyanın inkişafı xüsusi əhəmiyyəti var.

Bu üsulda liyofilizasiya üsulu ilə Haematococcus pluvialisin ştammının qorunması üçün üç soyuq qoruyucu maddə sınaqdan keçirilib. Hüceyrələr eksponensial böyümə mərhələsində götürülüb və xüsusi qoruyucu maddələrlə ampulalar və ya krioviallarda paylanılıblar. Bu nümunələr 4, -80 və -196 Selsidə saxlanılıb, 6 ay və 1 ildən sonra onlara koloniyaların sayı (CFU) üsulu ilə keyfiyyətcə nəzarət edilib.

Aparılan bu araşdırmanın nəticələri göstərib ki, bu ştamm yaxşı yaşamağa malikdir və yüksək səviyyəli astaksantinə sahib müqavimətli kistalar əmələ gəldiyinə görə keyfiyyətini qoruyub saxlayıb.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir