QS-nin bu yaxınlarda dərc etdiyi dünya universitetlərinin son reytinqinə əsasən, Tehran Universitetinin reytinqi “Mühəndislik və Texnologiya”, “Həyat Elmləri və Tibb”, “Təbiət Elmləri” sahələrində yaxşılaşdırılıb.
Həftənin bazar günü Tehran Universitetinə istinadən verilən məlumata görə, QS London tərəfindən dərc olunan dünya universitetlərinin son reytinqində Tehran Universiteti ötən illə müqayisədə 66 pillə yüksələrək, dünya universitetləri arasında 280-ci, “Mühəndislik və Texnologiya” sahəsində isə ölkədə birinci yerdə qərarlaşıb.
Tehran Universiteti “Həyat və Tibb Elmləri” sahəsində qlobal sıralamada 401- 450, milli miqyasda isə ikinci yerdədir və ötən ilki qlobal reytinqlə (450- 500) müqayisədə yaxşılaşıb.
“Təbiət Elmləri” sahəsində Tehran Universiteti dünyada 344-cü, ölkə üzrə isə birinci yerdədirsə, ötən il bu sahədə dünya üzrə 401-450-ci yerdə qərarlaşıb.
2025-ci il QS ümumi reytinqində də Tehran Universiteti dünya üzrə 368-ci və ölkə üzrə 2-ci yerdə qərarlaşıb. Bununla yanaşı, bu reytinqə əsasən, Tehran Universiteti İranın ən genişprofilli universiteti olaraq eyni zamanda üç elmi sahə üzrə beynəlxalq mövqeyə malikdir.
Bu qlobal reytinq hər il Londonda yerləşən Quacquarelli Symonds (QS) institutu tərəfindən universitetin nüfuzu, məzunların məşğulluq imkanı, adambaşına istinad sayı, “H” indeksi və beynəlxalq elmi-tədqiqat əlaqələri kimi göstəricilər əsasında dərc olunur.
QS 2025 reytinqində dünyanın müxtəlif ölkələrindən 1503 universitetin, o cümlədən 12 İran universitetinin göstəriciləri qiymətləndirilib.