İranlı mütəxəssislər yüksək dəqiqlikli maqnetik daşlama maşını istehsal ediblər. Hansı ki, bu məhsul bütün sənayelərin ehtiyac duyduğu strateji bir məhsuldur və onsuz istehsal xətti fəaliyyəti dayandırır.
Bütün sənayelərdə səthlərin hamarlaşdırılması və cilalanması üçün maqnetik daşlama adlı maşına ehtiyac var, hansı ki, o, strateji bir məhsul olub, onun yerinin boş olması istehsal xəttinin fəaliyyətini saxlayır. Əvvəllər bu məhsul İrana idxal olunurdu və sanksiya səbəbi ilə bir neçə ildir ki, kifayət qədər dəqiqliyi olmayan ikinci əl məhsul istifadə olunur. İran şirkətlərindən birinin mütəxəssisləri ölkədə ilk dəfə olaraq bu məhsulu yüksək dəqiqliklə hazırlayıb və onu kommersiyalaşdırıblar.
Tehran Universitetinin Elm və Texnologiya Parkında yerləşən və qəlib düzəltmə sənayesində fəaliyyət göstərərək bütün sənayelər üçün kəsici polad bıçaqlar istehsal edən bu elm təməli şirkət maqnetik daşlama maşını istehsal edib. Bu cihaz səthlərin hamarlaşdırılması və cilalanması üçün istifadə olunur.
Bu şirkətin bütün məhsulları dəmir və polad, taxta, kağız, karton istehsalı, sellüloza, sağlamlıq, rezin, plastik, qida, qablaşdırma, toxuculuq, xalça, kənd təsərrüfatı və s. kimi sənayelərdə istifadə qabiliyyətinə malikdir.
Şirkətin baş direktoru Səid Filosofiyanın sözlərinə görə, qeyd olunan məhsulun istehsalı 2021-ci ildə başlayıb və 2023-cü ildə elm təməlli adını alıb. Şirkət isə 2020-ci ildə yaradılıb. İranda ilk dəfə olaraq bu məhsulu bu şirkət istehsal edib.
Hər bir sənayeyə uyğun olaraq müxtəlif qalınlığa sahib bıçaqlara ehtiyacı olur. Biz on minə yaxın bıçaq növü müəyyən edib, üç minə yaxın növünü istehsal etmişik. Bu bıçaqları hazırlamaq üçün dəqiqliyə malik cihaz lazımdır. Sanksiyalar üzündən 20 ilə yaxın idi ki, yeni və dəqiqliyə sahib cihaz ölkəyə gətirilmir və ikinci əl cihazlar gətirilirdi. Böyük sənayelərdə belə istifadə edilən cihazların bəzisinin təxminən 50 illik keçmişi var.
O, ölkənin bu avadanlığa ehtiyacı barəsində deyib: Bu məhsulu özümüz istehsal edirik. Bıçaq istehsalının yüksək və strateji bir sənaye olmasına və bıçaq olmadan istehsal xəttinin fəaliyyətinin dayanmasına görə gənclərdən ibarət bir qrupla bu cihazı hazırlamaq qərarına gəldik. Bir ilə yaxın bir müddət ərzində bu maşının ilk nümunəsini hazırladıq. Hazırlanmış bu maşın öz şirkətimizdə işlədildi. Cihaz ilk işini bir il müddətində yerinə yetirdi və çatışmayan cəhətləri üzə çıxdı. Bundan sonra onun kommersiya nümunəsini istehsal edib, bunun sayəsində də elm təməlli adını qazandıq.