Şərif Sənaye Universitetinin professorunun məqaləsinin Beynəlxalq Materials Chemistry jurnalında dərc olunması

Şərif Sənaye Universitetinin Kimya fakültəsinin professoru Səid Şahruxyan və onun tədqiqat qrupunun məqaləsi Beynəlxalq Materials Chemistry jurnalında dərc olunub.

Bu məqalədə superkondensatorların bərpası yolu ilə enerji istehsalının mümkünlüyü ilə birlikdə yerüstü su mənbələrindən duzları və müxtəlif çirkləndiriciləri çıxarmaq potensialı olan tutumlu deionizasiya sahəsində tədqiqatlar dünyada su və enerji böhranının həlli qarşısında səmərəli və ucuz bir üsul kimi təqdim olunub.

Bu istiqamətdə bu tədqiqat qrupu suyun natrium xlorid duzundan təmizlənməsində və sistemin bərpası zamanı LED-ləri yandırmaq üçün lazım olan enerjinin istehsal edilməsində fövqəladə ikili funksiyaya malik innovativ bir sistem hazırlamağa nail olub.

Bu tədqiqatda duzlu sudan enerji istehsal etməkdə unikal dizayn kənarında, sintez edilib seçilmiş maddələr və həmçinin onun ucuz və ekoloji cəhətdən təmiz olması bu tədqiqata xüsusi qabiliyyətlər verib. Hazırda bu tədqiqatın nəticələri 10.7 impakt faktorlu nüfuzlu Journal of Materials Chemistry A jurnalında çap olunub və tədqiqatçıların ixtiyarına verilib.

Qeyd etmək lazımdır ki, bu tədqiqat qrupu bundan öncə də dəniz suyu üzərində araşdırma aparmaqla və Fars körfəzinin su nümunəsindən müxtəlif ionları ayırmaqla öz məqaləsini Acs Applied Materials & Interfaces jurnalında çap etdirməyə müvəffəq olub.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir