İranın Yunan-Roma güləşi üzrə milli güləşçisi Paris Olimpiyadasında 97 kq çəkidə qızıl medal qazanıb.
Xarici KİV-in verdiyi məlumata görə, dünən axşam Paris Olimpiyadasında Yunan-Roma güləşi üzrə yarışların 97 kq çəki dərəcəsindəki finalı keçirilib.
97 kq çəkidə yarışan Məhəmməd Hadi Sarəvi birinci mərhələdə amerikalı rəqibi Cozef Raonu 10-1 hesabı ilə məğlub edib. O, növbəti mərhələdə Qırğızıstandan olan Özür Jujupikova 8-0 hesabı ilə qalib gəlib və yarım final mərhələsinə yollanıb.
Sarəvi bu mərhələdə misirli güləşçi Məhəmməd Cəbr üzərində 6-0 hesablı qələbə əldə edərək finala vəsiqə qazanıb.
Sarəvi dünən axşam son görüşdə dünya və olimpiya çempionu olmuş ermənistanlı Artur Aleksanyanla üz-üzə gəlib. Sarəvi rəqibinə 4-1 hesabı ilə qalib gəlib və karvanın ilk qızılını öz adına yazdırıb.
Bundan əvvəlki gecə isə 130 kq-da yarışan Əmin Mirzəzadə bürünc medal əldə etmişdi və Sarəvinin medalı Yunan-Roma güləşində ikinci medal olub.