İran dünən səyyar dəniz bazasında özünün unikal imkanlara malik ən böyük dəniz uğurunu işə salıb.
Verilən məlumata əsasən, dünən İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri döyüş təşkilatına “Şəhid Baqiri” adlı ilk dron daşıyan gəmisini əlavə etməklə, dəniz qüdrətini gücləndirmək istiqamətində böyük addım atıb. Bu gəmi təkcə dronların buraxılması üçün bir platforma deyil, həm də onun səyyar hərbi baza kimi istifadə olunma imkanı var. Bu gəmi kəşfiyyat, bombardmançı təyyarələrə və hərbi helikopterlərə şamil olan onlarla müxtəlif növ dronu daşımaq qabiliyyətinə malikdir.

“Şəhid Baqiri” dron daşıyıcısının unikal imkanları
Bu təyyarə daşıyan gəmi fövqəladə imkanlara malikdir. Məsələn, o, yenidən yanacaq doldurmadan bir il müddətində dənizlərdə və okeanlarda hərəkət edə bilir. Bu xüsusiyyət İrana doranları dünyanın müxtəlif yerlərinə nəql etdirməyə imkan verir. Bundan əlavə, adı çəkilən gəmi uzaq mənzilli raketləri, o cümlədən qanadlı və istənilən nöqtəni vura bilən raketləri atmaq qabiliyyətinə malikdir. Bu da, sürətli atış qabiliyyətli qayıqların İran sahillərindən uzaq məsafələrdə qərarlaşmasına zəmin yaradır.
Qabaqcıl infrastrukturlar
“Şəhid Baqiri” dron daşıyan gəminin qabaqcıl imkanları, o cümlədən bütün tibbi bölmələrə sahib səyyar xəstəxanası, idman və istirahət üçün xüsusi bir yeri var. Bu xüsusiyyətlər gəmini İran Hərbi Dəniz Qüvvələrinə lagostik və hərbi dəstək göstərməyə qadir olan hərəkətli və kamil bir bazaya çevirib. Bu isə İranın Fars körfəzi, Oman dənizi və hətta Hind okeanındakı təhlükəsizliyini təmin etmə gücünü artırıb.

Ticarət gəmisinin hərbi bazaya çevrilməsi
İki il yarım müddətində icra olunan böyük layihə bir ticarət gəmisinin dronların buraxılması üçün 180 metrdən çox uçuş zolağına malik hərbi dəniz bazasına çevrilməsi ilə bağlı idi. Bu dəyişiklik İranın müdafiə və dəniz sənayelərində qeyri-adi bacarıqlara sahib olduğunu göstərir.
İranın regiona və dünyaya verdiyi strateji mesajları
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı General Səlami çıxışı zamanı bu hərbi dəniz uğurunun regiondakı tamahkar tərəflərə aydın bir mesaj ötürdüyünü vurğulayıb.
O, həmçinin bildirib ki, İran qonşu ölkələr üçün təhdid deyil. Əksinə, region ölkələrinin əməkdaşlığı ilə təhlükəsizlik və sabitliyi gücləndirməyə çalışır.
İranın ən böyük hərbi dəniz nailiyyəti olan “Şəhid Baqiri” dron daşıyan gəmisi ölkənin müdafiə bacarıqlarının güclənməsində dönüş nöqtə sayılır. İranın hərbi bacarıqlarının, xüsusən də dronlar sahəsindəki inkişafı bu ölkənin istənilən təhdidlə mübarizə aparmaq və regional təhlükəsizliyi qorumaq üçün göstərdiyi əzmkarlığın göstəricisidir.
İranın region təhlükəsizliyinin təmin olunmasındakı strategiyası
İran öz hərbi bacarıqlarını gücləndirməklə ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək, enerji təhlükəsizliyini qorunmaq və ABŞ-ın regiondakı işğalçılıq addımları ilə mübarizə aparmaq niyyətindədir. İran, həmçinin region ölkələrinin əməkdaşlığı ilə ABŞ-ın olmadığı təhlükəsizlik sistemi yaratmağa çalışır ki, bu da, Fars körfəzi və Oman dənizində sabitlik və daimi təhlükəsziliklə nəticələnəcək.