Hazırda SEPAH-ın Quru Qoşunları Araz avtomobilindən yeni havadan müdafiə raketlərinin yeni buraxılış qurğusu kimi istifadə edir. Bu vaxta qədər isə adətən Məcid hava hücumundan müdafiə sistemində müşahidə olunduğu kimi kommersiya avtomobillərindən istifadə edirdi.
SEPAH-ın Quru Qoşunlarının ölkənin cənub-qərb bölgəsində keçirilən “Peyğəmbəre Əzəm 19” adlı təliminin ikinci mərhələsində Qaim 118 havadan müdafiə raketi təqdim olunub.
Amma bu raketin Araz-3 avtomobili üzərində quraşdırılmış 5 ədədli buraxılış qurğusundan istifadə etməsi diqqət çəkib.
Yüngül döyüş maşınları İkinci Dünya Müharibəsi vaxtından döyüş meydanına daxil olub və getdikcə Jeep kimi dünya ordularının bölmələrinin əsas sütunlarından birinə çevrilib.
Amerika İrana sanksiya tətbiq etdikdən sonra Jeep avtomobilini əldə etmək çətinləşdi. Amma müdafiə sənayesinin mütəxəssisləri Fəth Avtomobil Kolleksiyasında yerli və elm təməlli şirkətlərlə əl-ələ verib “Səfiri” səhnəyə gətirdi. Sonralar onun görüntüləri İraqda İŞİD-lə mübarizə aparılan zaman göründü və bu maşın terrorçular qarşısındakı qələbələrdə İranın səfiri oldu.

Bu maşın texniki xüsusiyyətləri və funksiyaları baxımından Jeep-lərə çox bənzəyir. Bu maşın 4×4 avtomobillər formasında dizayn edilərək hazırlanıb və onun çəkisi təxminən 1.5 tondur.
Araz; bütün əməliyyat bölgələrinin avtomobili
İranlı mütəxəssislərin səyləri Səfir-lə bitmədi və sonralar Araz meydana çıxdı. Araz 3.4 tona yaxın çəkiyə malikdir və avtomobilin dizel mühərriki təxminən 133 at gücü istehsal etməyə qadirdir.
Bu maşın bütün çətin keçilən məntəqələrdə istifadə olunma qabiliyyətinə malikdir. Bu avtomobil üçün taktiki sözünü daha çox vurğulayan xüsusiyyətlər zirehli maşına çevrilmə qabiliyyəti, kombinasiya örtüyü, dizel qızdırıcısı, ortopedik baş qoruyucusuna şamildir.

Araz-2-nin daha ağır silahları daşımaq gücü
İki ildən daha az bir vaxtdan sonra Araz-2 nümayiş olundu. Bu avtomobil güc və fırlanma momenti, güc-çəki nisbəti, mühərrik, əməliyyat radiusu, yanacaq istehlakı, çirklənmə standartı, sürətlənmə, yük daşıma və silah quraşdırılma sahələrində əhəmiyyətli dərəcədə inkişafa sahib olub.
Araz-1 ilə müqayisədə Araz-2-də mühərrik gücü 50% artırılıb. Həmçinin bu avtomobilin əməliyyat radiusu 600 km-dən 750 km-ə yüksəldilib.
Ordunun Quru Qoşunlarının komandiri briqada generalı Kiomars Heydəri: Araz-2 tamamilə taktikidir və o, tank əleyhinə müxtəlif növ silahları və minaatanları, hücum gücünü artırmaq üçün quru qoşunlarda ehtiyac duyulan silahları daşımaq qabiliyyətinə malikdir.

Araz-3; operativ avtomobil
Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi bir addım da atıb, Araz-2-nin güc və imkanlarını artırmaqla bu hərbi əməliyyat avtomobilinin üçüncü nəslini istehsal edib.
Araz-3 iki fərqli tipə malikdir: tək kabin və iki kabin. Müxtəlif növ ağır və yüngül silahların quraşdırılması və daşınması imkanı bu maşının ən qabarıq xüsusiyyətlərindəndir. Bu avtomobil dik yamac yollarda hərəkət etməyə və qeyri-bərabər əraziləri qət etməyə qadirdir.
Araz-3, 70 sm dərinlikdə sulu ərazidə öz yolunu tam şəkildə davam etdirə bilir və heç bir problemlə üzləşmir.
Müdafiə Nazirliyinin ekspertləri bu avtomobili yüngül və yarı ağır silahların quraşdırıla biləcəyi operativ nəqliyyat vasitəsi hesab edirlər.
Təbii ki, Araz-3-ün istifadəsi təkcə müdafiə sahəsi ilə məhdudlaşdmır, əksinə onun şassi və salonunda edilən dəyişiklikləri nəzərə alaraq hərbi sahədən əlavə sahədə də istifadə edilə bilər.

Bununla yanaşı, Araz-3 İranda yüngül hərbi maşınlar ailəsinin tamamlayıcısıdır. Döyüş meydanındakı xüsusiyyətlərini nəzərə alsaq, o, təyin edici rola malik ola bilər. Bu avtomobil İranın müxtəlif coğrafi bölgələrində sınaqdan da keçirilib.