SEPAH-ın Quru Qoşunlarının “Peyğəmbəre Əzəm 19” adlı təlimlərinin son mərhələsi Kermanşah vilayətinin Əzgele məntəqəsində əməliyyatların icrasında məqsədlərinin həyata keçməsi ilə sona çatıb.
Verilən məlumata görə, SEPAH-ın Quru Qoşunlarının “Peyğəmbəre Əzəm 19” adlı təlimlərinin son mərhələsi Kermanşah vilayətinin Əzgele məntəqəsində döyüş və dağıdıcı dronların, xüsusi snayper batalyonunun, elektron döyüş, zireh əleyhinə, artilleriya və SEPAH-ın Hərbi Hava Qüvvələrinin bölmələrinin əməliyyatlarının icrasındakı məqsədlərinin həyata keçməsi ilə sona çatıb.
SEPAH-ın Quru Qoşunlarının ixtisaslaşmış bölmələrinin iştirakı ilə ölkənin qərb bölgəsində keçirilən bu təlimlərdə SEPAH-ın Quru Qoşunlarının “Rizvan” adlı ən yeni kamikadze dronu da təqdim olunub və əməliyyatlarda ondan da istifadə edilib.

Rizvan dronunun 20 km uçuş məsafəsi var və uçuş müddəti 20 dəq-dir. Bu dronun asan və sürətli istifadəsi Quru Qoşunlarının sürətli cavab bölmələrinə xüsusilə mürəkkəb dağlıq coğrafiyada terror qruplaşmaları ilə mübarizə aparmaq üçün yeni imkanlar verir.
Təlimin ilk mərhələsində Mirzə Kuçəkxan briqadası tərəfindən qüvvələrin və avadanlıqların təlim bölgəsinə sürətli köçürülməsi ilə sürətli cavab əməliyyatı ssenariləri icra olunub.
Bundan sonra bölmələrin bütün avadanlıqlarla birgə əsas təlim sahəsinə hərəkət etməsi və SEPAH-ın Hərbi Hava Qüvvələrinin vertolyotlarının mümkün qədər ən qısa vaxt ərzində havadan əhatə etməsi ilə “Sabirin” xüsusi qüvvələrin Heliburn və Spy təlimi də ümumi təlim zonasında Mi-17 vertolyotlarından istifadə etməklə əvvəlcədən təyin edilmiş məntəqələr üzərində həyata keçirilib.


Həmçinin düşmənin dayaq yollarının kəsilməsi məqsədi ilə hündürlüklərinin və rabitə yollarının ələ keçirilməsi məşqi, 70 mm Hydra raketləri və 20 mm toplarından istifadə etməklə əvvəlcədən təyin edilmiş hədəflərin məhv etmək üçün SEPAH-ın Hərbi Hava Qüvvələrinin böyük əməliyyat təlimi keçirilib.
Qeyd etmək lazımdır ki, bugün (cümə axşamı günü) səhər “Peyğəmbəre Əzəm 19” adlı təlimlər döyüş və dağıdıcı dronların, xüsusi snayper batalyonunun, elektron döyüş, zireh əleyhinə, artilleriya və SEPAH-ın Hərbi Hava Qüvvələrinin bölmələrinin əvvəlcədən təyin edilmiş hədəfləri məhv etmə əməliyyatlarının icra olunması ilə sona çatıb.

