Şiraz Tibb Elmləri Universitetinin ixtiraçıları dünya çempionatlarından 4 qızıl və 1 gümüş medal qazanıblar

Şiraz Tibb Elmləri Universitetinin Tədqiqat və Texnologiya müavinliyi açıqlamasında bildirib: Bu universitetin ixtiraçıları ABŞ-ın Silikon Vadisi və İsveçrənin Cenevrə şəhərində keçirilən beynəlxalq ixtira və yenilik yarışlarında 4 qızıl və 1 gümüş medal qazanıblar.

Şiraz Tibb Elmləri və Sağlamlıq Xidmətləri Universitetinin Tədqiqat və Texnologiya müavinliyə istinadən verilən məlumata görə,  dr. Məhəmməd Haşim Haşimpur deyib: Bu seçilmiş ixtiraçılar şirkətlərdə sağlamlıq texnologiyası sahəsinin fəalları və Şiraz Tibb Elmləri Universitetinin İnnovasiya Mərkəzindəki texnoloqlarıdır.

O, əlavə edib: Bu unversitetin ixtiraçıları ABŞ-ın Silikon Vadisində 220-yə yaxın ixtira ilə rəqabətdə və İsveçrənin Cenevrə şəhərində 600-dən çox ixtira ilə qarşılaşmada uğur qazanıblar. Hər iki tədbirdə 40 ölkədən iştirakçı olub. Bu uğur beynəlxalq ixtiralar sahəsində iftixar mənbəyidir.

Şiraz Tibb Elmləri Universitetinin Tədqiqat və Texnologiya Müavinliyinin Sağlamlıq Texnologiyalarının İnkişafı üzrə direktoru da deyib: Amerikadakı yarışlarda mühəndis Seyid Əhməd Rza Əhmədi, dr. Məhəmməd Rza Kərimi, dr. Yasmin Qəhrəmani və Helen İmad “Dişlərin bərpası üçün diş travması dəsti” dizaynı ilə qızıl, “Şüalanmadan istifadə etmədən süd vəzi xərçəngini aşkarlayan ciahz” dizaynı ilə isə gümüş medal qazanıblar.

Dr. Hüseyn Parsayi bildirib: Bu qrup İsveçrənin Cenevrə şəhərində keçirilən yarışlarda da “UV LED görüntü emallı ağızdaxili kamera”“Dişlərin bərpası üçün diş travması dəsti” dizaynları ilə 2 qızıl medal əldə etməyə müvəffəq olub. Həmçinin “Vitamotion” adlı digər bir qrup isə “Elektromioqramma siqnal analizinə əsaslanan portativ və ağıllı fizioterapiya cihazı”nın ixtirası ilə qızıl medala layiq görülüb.

O, bu yarışda Şiraz Tibb Elmləri Universitetinə qürur gətirən  “Vitamotion” qrupunun üzvləri olan mühəndis “Zeynəb Bəhmənpuri”, mühəndis “Məhəmməd Baqiri”, dr “Mürtəza Fərruxniya”, “Fərnaz Zari”, mühəndis “Nəstern Məzarei” və mühəndis “Əlirza Nəxostin”in adını çəkib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir