Süni intellekt texnologiyası ilə sənaye avadanlıqlarının nasazlığının müəyyən edilməsi

İranlı texnoloqlar süni intellekt və Əşyaların İnterneti (IOT) vasitəsilə sənaye avadanlıqlarının nasazlığını vaxtında müəyyən etmək qabiliyyətinə malik olan cihaz istehsal ediblər.

Sənaye avadanlıqlarının təmirə ehtiyacı olan zaman adətən, bu nasazlıq ilkin mərhələlərdə çətinliklə müəyyən edilə bilir. Bu da bəzən sənayedə böyük ziyanlara səbəb olur. Elm təməlli şirkətlərdən birinin texnoloqları rahat şəkildə quraşdırılaraq, süni intellekt və Əşyaların İnternetinin köməyi ilə bu nasaszlığı vaxtında müəyyən edən cihaz hazırlamağa nail olublar.

Lokallaşdırılmış ağıllı vibrasiya sensorunun hazırlanması müxtəlif növ sənaye avadanlıqlarında nasazlıq miqdarının vaxtında müəyyən edilməsinə səbəb olub, böyük ziyanların qarşısını alır.

Qeyd edilən cihaz Əşyaların İnterneti (IOT) rabitəsi əsasında hazırlanıb və əsas məqsədi fırlanan avadanlıqların vəziyyətinə nəzarət etməkdir. Ağıllı vibrasiya sensorundan mədənçıxarma, polad, sement və qida sənayesi kimi müxtəlif sənayelərdə istifadə edilir.

Ağıllı vibrasiya sensorunun üstünlüklərindən biri onun tez və asan şəkildə quraşdırılmasıdır. Belə ki, sensor naqilsiz və rahatlıqla sənaye cihazına quraşdırıla biləcək tərzdə hazırlanıb. Onun məlumatları isə istifadəçinin mobil telefonu və ya veb saytında yerləşdirilir.

Bu məhsulun qiyməti xarici nümunəsindən təxminən 40 dəfə ucuzdur. Bu texnoloji məhsulu istehsal edən şirkətlərin çoxu Amerikadadır və onun İranda nümunəsi yoxdur.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir