İranın güclü havadan müdafiə sistemləri sionist rejimin hücumlarını dəf edə bildi. Bu yerli sistemlər bu rejimin təhdidlərini aradan qaldırmağı bacardı.
Əksəriyyəti Tehranla bağlı olan sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən, İranın havadan müdafiə sistemləri sionist rejimi tərəfindən yaradılmış təhdidləri dəf edə bilib.
Bu təcavüzlərdən bir neçə saat sonra Xatəmül-Ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahı bəyanat yayaraq bildirib: “İslam Respublikasının məsul şəxslərinin cinayətkar və qeyri-qanuni rejimə hər növ avantürist tədbirlərdən çəkinməsi ilə bağlı öncəki xəbərdarlıqlarına baxmayaraq, bu saxta rejim bugün səhər saatlarına yaxın gərginlik yaradacaq bir addım ataraq Tehran, Xuzestan və İlam vilayətlərindəki hərbi mərkəzlərin bəzi yerlərinə hücum etmişdir. Ölkənin havadan müdafiə sistemləri vasitəsi ilə bu təcavüzkar addımı izləmək və onunla uğurlu mübarizə aparmaqla yanaşı, bəzi yerlərə məhdud həddə ziyan dəyib. Hadisənin miqyası araşdırılır.”
İranın təchiz olunduğu havadan müdafiə sistemləri hansılardır?
İran İslam Respublikasının Silahlı Qüvvələri, o cümlədən ordu və İnqilab Keşikçiləri Korpusu yaxın, orta və uzaq mənzilli müxtəlif havadan müdafiə sistemlərinə malikdir.
Yaxın mənzilli sistemlər
Məcid havadan müdafiə sistemi
“Məcid” müdafiə sistemi İranın istehsal etdiyi yaxın mənzilli havadan müdafiə sistemidir.
Bu sistem 4 ədəd AD-08 raketi ilə təchiz edilib. Onun toqquşma hündürlüyü 6 km və münaqişə diapazonu isə 8 km-dir. Bu sistem Kaşif 99 radarından və passiv infraqırmızı yuva tapıcıdan istifadə edir.
Müxtəlif növ daşıyıcılardan istifadə imkanı ilə yüksək hərəkətlilik qabiliyyəti, tüstüsüz raketlərdən istifadə və daha yaxşı gizlənmə qabiliyyəti, 3 saniyə ərzində reaksiya vermə imkanı və eyni zamanda 4 hədəflə toqquşma qabiliyyəti Məcid sisteminin xüsusiyyətlərindəndir.
Adı çəkilən sistem nüvə obyektləri kimi həssas və həyati əhəmiyyətli mərkəzləri kiçik dronlardan qorumaq üçün hazırlanıb.

FM-80 sistemi
“FM-80” sistemi yaxın mənzilli havadan müdafiə sistemlərindən biridir ki, 90-cı illərdən İranın hava hücumundan müdafiə strukturlarına daxil olub.
Bu sistem radardan əlavə, bir buraxıcı qurğudan təşkil olunub. Onun kəşf etmə məsafəsi 19 km, münaqişə diapazonu isə təxminən 9 km-dir.

Rapir sistemi
“Rapir” hava hücumundan müdafiə sistemi İngiltərə tərəfindən dizayn edilərək istehsal edilən yaxın mənzilli müdafiə sistemidir. Bu sistemin yerli nümunəsi isə Ya Zəhra (s.ə) adı ilə dizayn olunaraq istehsal edilib. 1974-cü ildə İranın hava hücumundan müdafiə sistemləri arasına daxil olan bu sistem bir radardan əlavə, bir buraxıcı qurğuya malikdir.
Bu sistem bir vaxtda bir hədəflə mübarizə aparmağa qadirdir, amma atəşə hazır olan raketlərinin sayı 4-dür. Aşkarlama məsafəsi 32 km, münaqişə diapazonu isə 8 km-dən çoxdur.

Tor-M1 sistemi
Yaxın məsafəli “Tor-M1” havadan müdafiə sistemi Keçmiş Sovet İttifaqı istehsalıdır və 2006-ci ildə istifadəyə verilib.
Bu sistemin fırlanan strukturu 4 buraxılış qurğusu + radar və bir axtarış qurğusundan ibarətdir.
Tor-M1 havadan müdafiə sistemi eyni zamanda 32 raket vasitəsilə 8 hədəflə mübarizə aparmağa qadirdir. Onun fırlanan strukturunun aşkarlama məsafəsi 150 km və münaqişə diapazonu isə 12 km-dir.

Dezful sistemi
“Dezful” havadan müdafiə sistemi (Tor-M1 sisteminin İran versiyası) İran istehsalı olan və 2021-ci ildə fəaliyyətə başlayan yaxın mənzilli sistemlərdəndir.
Bu havadan müdafiə sisteminin fırlanan strukturu bir buraxılış qurğusundan və bir axtarış radarından təşkil olunub. Onun atəşə hazır olan raketlərinin sayı 32-dir və o, bu raketlərlə, eyni zamanda 8 hədəflə mübarizə apara bilir. Onun fırlanan strukturunun aşkarlama məsafəsi 150 km və münaqişə diapazonu isə 12 km-dir.

9 Dey sistemi
“9 Dey” havadan müdafiə sistemi İran istehsalı olan və 2021-ci ildə xidmətə başlayan yaxın mənzilli sistemdir.
Bu sistemin atəşə hazır raketlərinin sayı 96, eyni zamanda mübarizə apara biləcəyi hədəflərin sayə 32-dir və bu sistem eyni zamanda 8 hədəfə atəş açmaq qabiliyyətinə malikdir. Onun fırlanan strukturunun aşkarlama məsafəsi 150 km və münaqişə diapazonu isə 30 km-dən çoxdur.

Azərxş sistemi
“Azərxş”, Müdafiə Nazirliyinin istehsalı və Silahlı Qüvvələrin dəstəyi olan yaxın mənzilli hava hücumundan müdafiə sistemidir. Onun radarının aşkarlama məsafəsi 50 km, optik izləmə diapazonu isə 25 km-dir.
Bu hərəkət edən sistem 10 km məsafəli Azərxş növündən olan 4 raket buraxa bilir.
Dron, qanadlı raket və helikopter kimi aşağı məsafədən uçan hava hədəflərini məhv etmə qabiliyyəti, yüksək hərəkət xüsusiyyəti, buraxıldıqdan sonra idarəetmə mərkəzindən idarə olunmağa ehtiyacsız olmaq Azərxş sisteminin xüsusiyyətlərindəndir.
