Təcavüzkar kərkəsləri ovlamaq üçün İranın uzun əlləri (2-ci hissə)

İranın güclü havadan müdafiə sistemləri sionist rejimin hücumlarını dəf edə bildi. Bu yerli sistemlər bu rejimin təhdidlərini aradan qaldırmağı bacardı.

İran İslam Respublikasının Silahlı Qüvvələri, o cümlədən ordu və İnqilab Keşikçiləri Korpusu yaxın, orta və uzaq mənzilli müxtəlif havadan müdafiə sistemlərinə malikdir.

Orta mənzilli sistemlər

Rəd-1 sistemi

“Rəd-1” hava hücumundan müdafiə sistemi İranın istehsal etdiyi orta mənzilli havadan müdafiə sistemlərindəndir və o, 2014-cü ildə xidmət sıralarına qoşulub.

Bu sistem atəşə nəzarət sistemindən əlavə atəş bölməsinə malikdir. O, eyni zamanda 3 raketlə bir hədəfə qarşı münaqişəyə girə bilir. Rəd-1 sisteminin aşkarlama məsafəsi 25 km, münaqişə diapazonu isə 24 km-dir.

SAM-6 sistemi

“SAM-6” sistemi Keçmiş Sovet İttifaqının istehsalı olan orta mənzilli havadan müdafiə sistemlərindəndir və o, 1989-cu ildə fəaliyyətə başlayıb.

Bu sistem 4 buraxılış qurğusundan və bundan əlavə, 1 axtarış və nişanlama radarından təşkil olunub.

SAM-6 sistemi eyni zamanda 12 raket buraxaraq bir hədəflə mübarizə aparma qabiliyyətinə malikdir. Onun aşkarlama məsafəsi 65 km və münaqişə diapazonu isə 24 km-dir.

HQ-2 sistemi

“HQ-2” hava hücumundan müdafiə sistemi Çin istehsalı olan orta mənzilli sistemdir və 1986-cı ildə xidmətə başlayıb.

Bu sistemin strukturunun 3 radardan başqa 6 buraxıcı qurğusu var. HQ-2 hava hücumundan müdafiə sistemi bir hədəfə eyni zamana 6 raket buraxa bilir.

Bu sistemin aşkarlama məsafəsi 120 km və münaqişə diapazonu isə 32 km-dir.

Havək sistemi

“Havək” sistemi ABŞ istehsalı olan orta mənzilli hava hücumundan müdafiə sistemidir ki, 1974-cü ildə İranın hava hücumundan müdafiəsində xidmətə başlayıb.

Bu sistem 3 buraxılış qurğusu və 2 yaxud 3 radardan ibarətdir. O, bir hədəflə mübarizə aparmaq gücünə malikdir, amma atəşə hazır olan raketlərinin sayı 9-dur. Bu sistemin aşkarlama məsafəsinin 100 km və münaqişə diapazonunun isə 40 km olduğu bildirilir.

Mirsad sistemi

“Mirsad” 2010-cu ildə fəaliyyətə başlayan orta mənzilli hava hücumundan müdafiə sistemidir.

Bu sistemin 3 buraxılış qurğusu və 2 yaxud 3 radarı var. Atəşə hazır olan raketlərinin sayı 9-dur. Bir hədəflə mübarizə apara bilən bu sistemin aşkarlama məsafəsi 150 km, münaqişə diapazonu isə 45 km-dir. Onun raketlərinin adı Şahindir.

Mirsad 16 sistemi

“Mirsad 16” sistemi 2018-ci ildə xidmət sahəsinə daxil olan İran İslam Respublikası tərəfindən istehsal edilən orta mənzilli hava hücumundan müdafiə sistemidir.

Bu sistem 3 buraxılış qurğusuna və 2 yaxud 3 radara sahibdir. Atəşə hazır olan raketlərinin sayı isə 9-dur.

Mirsad 16 sisteminin aşkarlama məsafəsinin 150 km və münaqişə diapazonunun isə 45 km olduğu qeyd edilir.

Rəd-2 sistemi

Hava hücumundan müdafiə sistemi olan “Rəd-2” İran istehsalı olan orta mənzilli bir sistemdir və o, 2014-cü ildə fəaliyyətə başlayıb.

Bu sistem eyni vaxtda 3 raket vasitəsi ilə bir hədəflə mübarizə apara bilir. Onun optik axtarış diapazonu 65 km və münaqişə diapazonu isə 50 km-dir.

Səyyad sistemi

Orta mənzilli “Səyyad” hava hücumundan müdafiə sistemi İran istehsalı olan sistemlərdən biridir.

O, bir axtarış və nişanlama radarından əlavə, 6 buraxılış qurğusuna sahibdir. Bu sistem 24 raketlə eyni zamanda 3 hədəfə qarşı mübarizə aparmağa qadirdir.

Səyyad sisteminin aşkarlama diapazonu 160 km, münaqişə diapazonu isə 70 km-dir.

Təlaş sistemi

“Təlaş” hava hücumundan müdafiə sistemi İran İslam Respublikası tərəfindən istehsal edilmiş sistemlərdən biridir.

Bu sistem 2 radardan əlavə, 3 atəş açma qurğusuna malikdir. Adı çəkilən sistemin aşkarlama diapazonu 300 km, münaqişə diapazonu isə 70 km-dir.

Təlaş hava hücumundan müdafiə sistemi eyni zamanda bir hədəflə mübarizə apara bilir və atəşə hazır olan raketlərinin sayı isə 12-dir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir