İranın güclü havadan müdafiə sistemləri sionist rejimin hücumlarını dəf edə bildi. Bu yerli sistemlər bu rejimin təhdidlərini aradan qaldırmağı bacardı.
İran İslam Respublikasının Silahlı Qüvvələri, o cümlədən ordu və İnqilab Keşikçiləri Korpusu yaxın, orta və uzaq mənzilli müxtəlif havadan müdafiə sistemlərinə malikdir.
Şəhid Arman sistemi
“Şəhid Arman” sistemi orta mənzilli və yüksək hündürlüklü bir sistemdir. O, hədəfləri 180 km-likdə müəyyən edə və 120 km-likdə onlarla toqquşub, onları məhv edə bilir.
Bu sistem çox çevikdir və 3 dəqiqədən az bir vaxtda əməliyyata hazır olur. Bu sistem ölkə fəzasının müdafiəsi üçün etibarlı örtük yaradır.
Şəhid Arman sistemi eyni zamanda 6 hədəflə mübarizə aparma qabiliyyətinə, 20 saniyədən az bir vaxt ərzində reaksiya vermə imkanına, yaxın mənzilli balestik raketlər, radar əleyhinə və qanadlı raket, idarə oluan bombalar, helikopterlər və dronlarla mübarizəyə, əməliyyat zonasında 360 dərəcəlik əhatə dairəsinə və 3 dəqiqə ərzində əməliyyata hazır olma qabiliyyətinə malikdir.

Təbəs sistemi
“Təbəs” hava hücumundan müdafiə sistemi İran istehsalı olan və 2013-cü ildə xidmətə başlayan yaxın mənzilli hava hücumundan müdafiə sistemidir.
Bu sistem eyni zamanda 3 raketlə bir hədəfə qarşı mübarizə aparmağa qadirdir.
Sistemin aşkarlama diapazonu 130 km və münaqişə diapazonu 90 km-dən çoxdur.

15 Xordad sistemi
“15 Xordad” hava hücumundan müdafiə sistemi də İran tərəfindən istehsal olunmuş orta mənzilli sistemdir və o, 2019-cu ildə İranın hava hücumundan müdafiə sistemləri arasına qoşulub.
Bu sitem 3 buraxıcı qurğudan və bir axtarış və münaqişə radarından ibarətdir.
15 Xordad sistemi eyni vaxtda 6 hədəflə mübarizə aparma gücünə malikdir. Atəşə hazır olan raketlərinin sayı isə 12-dir.
Onun aşkarlama diapazonu 150 km və münaqişə diapazonu 120 km-dir.



Uzun mənzilli sistemlər
S-200 sistemi
“S-200” sistemi Sovet İttifaqının istehsal etdiyi uzun mənzilli hava hücumundan müdafiə sistemidir. Bu sistem 90-cı illərdə xidmət sıralarına qoşulub.
Onun sturkturu 2 radardan əlavə, 2, 4 və ya 6 ədəd buraxılış platformasına şamil olan bir formadadır. Onun mübarizə apara biləcəyi hədəflərin sayı 1-dir. Buraxılışa hazır olan raketlərinin sayı isə 2, 4 və ya 6 ədəddir.
Bu sistemin aşkarlama diapazonu 400 km, münaqişə diapazonu isə 240 km-dir



S-300 sistemi
“S-300” müdafiə sistemi uzun mənzilli hava hücumundan müdafiə sistemlərindən olan PMU2-nin bir nüsxəsidir ki, 2017-ci ildə İranın hava hücumundan müdafiə sistemləri arasına qoşulub.
Qeyd olunan sistemin 2 yaxud 3 radardan əlavə, 4-8 buraxılış qurğusu var. S-300 sisteminin raketləri eyni zamanda 6 hədəflə mübarizə apararaq onları məhv etməyə qadirdir.
Onun atəşə hazır olan raketlərinin sayının 16-32 raket olduğu bildirilib.
Bu sistemin aşkarlama diapazonu 300 km, münaqişə diapazonu isə 200 km-dir



Bavər 373 sistemi
“Bavər 373” hava hücumundan müdafiə sistemi İran İslam Respublikası tərəfindən istehsal olunan uzun mənzilli sistemdir və o, 2020-ci ildə xidmət sahəsinə daxil olub.
Bavər 373 sistemi 6 buraxılış qurğusuna və 2 radara malikdir. Bu sistem eyni vaxtda 6 hədəflə mübarizə aparma gücünə malikdir. Onun atəşə hazır olan raketlərinin sayı isə 24-dür.
Bavər 373 sisteminin aşkarlama diapazonu 450 km, münaqişə diapazonu isə təxminən 305 km-dir




İranın düşmənlərə zərbə vurmaq üçün dolu əli
İran İslam Respublikasının Silahlı Qüvvəlləri düşmənlər qarşısında həmişə iqtidarla əməl etdiyini və düşmənlərin təcavüzlərinə qarşı dolu əllərlə cavab verdiyini nümayiş etdirib. İran Silahlı Qüvvələri Global Hawk-ın vurulması, Doğru vəd 1 və Doğru vəd 2 kimi əməliyyatlarda bu gücü üzə çıxarıblar.