Tehran Universiteti 2026-cı ilin QS reytinqində ölkənin ən yaxşı universiteti seçilib

Tehran Universiteti QS (Quacquarelli Symonds) təşkilatı tərəfindən nəşr olunan dünyanın ən son universitetlər reytinqində ölkə üzrə birinci və dünya üzrə 322-ci yerdə qərarlaşıb.

Bazar günü Tehran Universitetindən verilən məlumata əsasən, QS-in ən son reytinqində Tehran Universiteti 46 pillə yüksələrək beynəlxalq səviyyədə 322-ci yerə layiq görülüb və İranın ən yaxşı universiteti seçilib.

Bu siyahıda Şərif Texniki Universiteti, Əmir Kabir Texniki Universiteti, İran Elm və Sənaye Universiteti və İsfahan Texniki Universiteti ölkənin müvafiq olaraq ikinci yerdən beşinci yerə qədər ən yaxşı universitetləri kimi yer alıblar.

2026-cı il QS reytinqində dünyanın müxtəlif ölkələrindən 1501 universitet, o cümlədən 11 İran universiteti qiymətləndirilib.

Xarici KİV-in məlumatına görə, 2025-ci il QS ümumi reytinqində də Tehran Universiteti dünya üzrə 368-ci, İran üzrə isə ikinci sırada olub. Həmçinin, bu reytinqə əsasən, Tehran Universiteti İranın ən geniş profilli universiteti və eyni zamanda elm sahəsində beynəlxalq mövqeyə sahibdir.

QS reytinqi İngiltərənin Quacquarelli Symonds institutu tərəfindən həyata keçirilən ən nüfuzlu beynəlxalq reytinqlərdən biridir.

Bu platforma tərəfindən illik həyata keçirilən vacib reytinqlərdən biri universitetlərin müxtəlif mövzu sahələri üzrə qiymətləndirilməsidir.

QS mövzu üzrə reytinqi beş göstərici əsasında aparılır: universitetin nüfuzu, işəgötürənlərin nüfuzu, məqalə başına istinad sayı, H-İndeks göstəricisi və universitetlərin beynəlxalq əməkdaşlıq şəbəkəsi (son üç göstərici tədqiqat fəaliyyətini ölçür).

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir