Tehran Universitetinin tələbəsi BRICS İlinin Tədqiqatçısı seçilib

Tehran Universitetinin Dünya Araşdırmaları Fakültəsinin tələbəsi 2025-ci ilin BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının Gənc Tədqiqatçısı titulunu qazanıb.

Assosiasiya tərəfindən “BRİKS və ŞƏT Gənc Liderlər Mükafatı” (BRICS and SCO Young Leaders Award) tədbirinə namizəd göstərilən Tehran Universitetinin Dünya Tədqiqatları Fakültəsinin Hindistanşünaslıq üzrə doktorant tələbəsi və Asiya Bələdiyyə Başçıları Assosiasiyasının stajçısı Hüsna Səlimi “İlin tədqiqatçısı” adını qazanıb.

Bu ilki tədbirdə İran, Hindistan, Çin, Misir, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Cənubi Afrika Respublikası, Braziliya, Efiopiya, Tacikistan və Rusiya da daxil olmaqla, dünyanın 13 ölkəsindən 400-dən çox iştirakçı arasından 10 nəfər seçilərək Rusiyanın Kazan şəhərində keçirilən mərasimdə mükafatlarını alıb.

“BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının Gənc Liderlər Mükafatı” hər il beş kateqoriya üzrə verilir: “İlin ən yaxşı ictimai diplomatiya layihəsi”, “İlin nüfuzlu media şəxsiyyəti”, “İlin sosial sahibkarı”, “İlin ekoloji təşəbbüsü”, “İlin tədqiqatçısı”.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir