İranın Elm və Sənaye Tədqiqatları Təşkilatının rəhbəri deyib: Bu təşkilatda strateji mineral elementləri aşkar etmək üçün ultra qabaqcıl analiz laboratoriyası yaradılıb və tezliklə rəsmi bir mərasimdə açılışı olacaq.
Xarici KİV-in verdiyi məlumata görə, Həsən Zamaniyan bazar ertəsi günü İran Kimya Cəmiyyətinin 3 günlük olan 22-ci beynəlxalq kimya konqresində deyib: Kimyannı iki böyük missiyası var: Mühit və dünyanı tanımaq, sərvət və rahatlıq yaratmaq. Kimya tətbiqi elmlərin anasıdır.
O, sözlərinin davamında deyib: İranın kimya alimlərinin dünyadakı qlobal gücünə görə bizim milli iqtidarımızın bir hissəsi kimya ixtisası ilə bağlıdır. Əgər “Doğru vəd” əməliyyatına diqqətlə baxsaq, bu əməliyyatda da bizim iqtidarımızın bir hissəsinin kimya alimlərinin gücündən əldə olunduğunu görərik.
İranın Elm və Sənaye Tədqiqatları Təşkilatının rəhbəri, həmçinin deyib: Təşkilatdakı 9 tədqiqat institutunun 4-ü ya kimya sahəsində fəaliyyət göstərir, ya da kimyaya çox bağlıdır. Yaradılmış 2 yeni tədqiqat institutundan biri Dərman Kimyası Elmi-Tədqiqat İnstitutu, digəri isə Strateji Mineral Elementlərin Kəşfi və Hasilatı Elmi-Tədqiqat İnstitutudur. Bunların hər ikisi kimyaya bağlı və ona yaxındır. Kimya elmi bizə bu elementləri əldə etməyə kömək edir.
Zamaniyan əczaçılıq sahəsində yeni planı olan tədqiqatçılardan onu bu təşkilata təqdim etmələrini istəyib.
O, deyib: Biz bu tədqiqat institutu üçün bir neçə əlaqəli akademik heyət istiyirik və bu sahədə Kimya Cəmiyyətinin üzvlərindən kömək istəyirik.
İranın Elm və Sənaye Tədqiqatları Təşkilatının rəhbəri vurğulayıb: Strateji mineral elementləri aşkar etmək üçün ultra qabaqcıl analiz laboratoriyası yaradılıb və tezliklə rəsmi bir mərasimdə açılışı olacaq.
Bu 3 günlük konqres İranın Elm və Sənaye Tədqiqatları Təşkilatında ölkənin hər yerindən olan iranlı kimya alimlərinin və Elm, Tədqiqat və Texnologiya nazirinin iştirakı ilə keçrilib.