Tibbi heyətə ehtiyac olmadan ürək xəstələrinin sürətli reanimasiyası

Tehran Universiteti Elm və Texnologiya Parkının mütəxəssisləri avtomatik elektroşok cihazı hazırlayıblar. Bu cihaz ürək xəstələrinin “qızıl zaman” adlanan kritik müddətdə sürətli reanimasiyasını təmin edə bilir.

Tehran Universitetinin Elm və Texnologiya Parkında yerləşən, tibbi sahədə fəaliyyət göstərən elm təməlli bir şirkət avtomatik elektroşok cihazı dizayn və istehsal edərək, xəstəxana və ya tibbi müəssisələrdən kənarda qəfil ürək dayanması yaşayan xəstələrin reanimasiyasına yardım edə bilib. Bu cihazın işləmə keyfiyyəti Çin və Amerika istehsalı olan nümunələrlə rəqabət edə bilir.

Bu el təməlli şirkətin tədqiqat və inkişaf direktoru Əli Heydərnejad verdiyi açıqlamada bu məhsulun xüsusiyyətlərini belə izah edib: Şirkətimizin ən yeni məhsulu olan avtomatik elektroşok cihazı 2022-ci ilin Tədqiqat Həftəsi sərgisində Elm və Texnologiya Parkında təqdim olunub. Bu cihaz tam avtomatik şəkildə qəfil ürək dayanması nəticəsində yaranan iki spesifik ritmi tanıya və həkim müdaxiləsi olmadan, təcili tibbi yardım gələnə qədər xəstənin reanimasiyasında effektiv rol oynaya bilir.

O, bu yerli bilik əsaslı məhsulu xarici nümunələrlə və bazardakı vəziyyətlə müqayisə edərək əlavə edib: Xarici elektroşok cihazları əsasən sərbəst şəkildə və ya ikinci əl kimi satılır və bir şirkət də bu məhsulun satış nümayəndəliyini həyata keçirir. Xarici məhsullar yerli nümunəyə nisbətən daha yüksək qiymətə təqdim olunur. Bundan əlavə, cihaz üçün lazım olan istifadə materiallarının, o cümlədən elektroşok yastıqlarının (pad) təminatı da xarici nümunələrdə çox çətindir.

Həydərnejad bildirib: İki yerli şirkət də bu məhsulu istehsal edir və biz daxili məhsullar arasında təxminən 20-30% bazar payı əldə edə bilmişik.

Bu texnoloq şirkətin məhsulunun Çin və Amerika nümunələri ilə müqayisədə rəqabət üstünlüyünü belə izah edib: Çində istehsal olunan məhsulların münasib qiymətə malik olması geniş şəkildə qəbul edilsə də, bizim elektroşok cihazımız həm keyfiyyət, həm də qiymət baxımından Çin məhsulları ilə rəqabət apara bilir. Xoşbəxtlikdən, məhsulumuzun həyati əhəmiyyətli olması səbəbindən keyfiyyət baxımından da Amerika nümunələri səviyyəsinə çatmağı bacarmışıq və cihazı ABŞ məhsullarının təxminən üçdə biri-dörddə biri qiymətinə istehsal edirik.

O, həmçinin qeyd edib: Cihazdan istifadə edən şəxsin tibbi heyət üzvü olması tələb olunmur və ilkin ürək-ağciyər reanimasiya biliklərinə malik olduqda cihaz tam istifadə oluna bilər. İstifadəçi təcili yardım xidməti ilə əlaqə saxladıqdan sonra cihazdan istifadə edə bilər. Cihazı yandırdıqdan və ilkin göstərişləri aldıqdan sonra istifadəçi elektroşok yastığını (pedini) xəstəyə qoşmalıdır. Yastıq qoşulduqdan sonra cihaz xəstədən siqnallar alaraq şok verilməsinin zəruri olub-olmadığını müəyyən edir. Əgər cihaz yarıavtomatik rejimdədirsə, istifadəçi cihazın göstərişləri ilə şoku tətbiq edir, tam avtomatik rejimdə isə bütün bu mərhələlər cihaz tərəfindən özbaşına həyata keçirilir.

O, sözlərinin davamında deyib: Bu avtomatik elektroşok cihazı qəfil ürək dayanması yaşayan şəxsin EKQ (ürək ritmi) siqnalını qəbul edə bilir və ağıllı nümunə tanıma alqoritmləri vasitəsilə həmin ritmi müəyyən edib təsnif edir. Əgər cihaz aşkar edərsə ki, ritm ventrikulyar fibrillasiya (Ventricular Fibrillation) və ya ventrikulyar taxikardiya (Ventricular Tachycardia) növündədir, o zaman elektrik şoku tətbiq edir. Bu şokla ürək əzələləri sinxron şəkildə stimullaşdırılır və ürək normal ritmə qayıdır.

Mütəxəssis bundan əlavə qeyd edib: Cihazın əsas üstünlüklərindən biri tətbiq olunan enerjini bədənin impedansına görə tənzimləyə bilməsidir ki, fərqli hallarda ürəyin reanimasiyası üçün uyğun enerji xəstəyə ötürülsün. Cihazın əsas enerji mənbəyi bir batareyadır və şirkət tərəfindən həm doldurulan, həm də doldurulmayan növlərdə təqdim edilir. Bu batareya ən azı 150 dəfə maksimum enerji (200 joule) ilə şok tətbiq edə bilir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir