İranın nüvə alimləri böyrəküstü vəz şişlərini aşkar və müalicə etmək üçün radiofarmasevtik preparat hazırlayıblar.
Simptomsuz inkişaf edən xəstəliklər çox təhlükəlidir, çünki həm xəstə, həm də ətrafındakılar xəstəliyin varlığından xəbərsiz olur və xəstəlik sürətlə irəliləyir. Uşaqlarda, xüsusilə 5 yaşdan kiçiklərdə ciddi problemlər yaradan simptom verməyən xəstəliklərdən biri böyrəküstü vəz şişləridir.
Nüvə sənayesi üzrə mütəxəssislər yüksək dəqiqliklə böyrəküstü vəz şişlərini erkən mərhələdə aşkarlayan və müalicəyə dəstək verən radiodərman hazırlayıblar.
Bu radiodərman sayəsində xəstələrin ömrü uzanır, həyat keyfiyyəti yaxşılaşır.
Bu dərman “İod-123” adlanır və çox dəqiq diaqnostik vasitə kimi həyati əhəmiyyətə malikdir. O, xərçəng hüceyrələrini dəqiqliklə izləyir və şişin bədən daxilində yerləşdiyi yeri müəyyən edir.
Əsas xüsusiyyəti odur ki, qısa ömürlü olduğu üçün idxal edilə bilmir, lakin hazırda bu dərman yerli olaraq istehsal olunur və xəstələrin istifadəsinə verilib.
Klinik sınaqlar uğurla İranda həyata keçirilib və İran bu radiodərmanın istehsalında nadir ölkələrdən biridir.