Yalnız bir düymə ilə termos stəkan suyunun dezinfeksiya edilməsi

Cəmi bir dəqiqə ərzində İran elitasının hazırladığı termos stəkan, suyu bakteriya və göbələklərdən təmizləyə bilir.

Bir çoxumuz Helicobacter kimi xəstəliklərə səbəb ola biləcək bakteriya və mikrobların varlığından xəbərsiz olaraq gündəlik su içirik. İndi ölkədə sadə şəkildə daha sağlam içməli suya sahib olmağımıza kömək edən innovativ məhsul hazırlanıb.

Tehran Universitetinin Mexanika Mühəndisliyi Fakültəsinin elmi heyət üzvü və bu məhsulun yaradıcılarından biri olan Əlirza Cəlali, verdiyi açıqlamada suyu dezinfeksiya edən bu maq haqqında belə deyib: Suda olan mikrobioloji faktorların yaratdığı problemlər və xüsusilə “Helicobacter” kimi bu günlərdə çox yayılan xəstəliklər nəzərə alındıqda, bu məhsul cəmiyyətdə insanların sağlamlığının artırılmasına ciddi töhfə verə bilər.

Cəlali bu maqın iş prinsipi ilə bağlı qeyd edib: Bu termosstəkanın içərisindəki suya bir dəqiqəlik ultrabənövşəyi (UV) şüa verilməsi ilə, istənilən mənbədən olan suyun mikrobioloji yükü 100 min dəfə azalır və demək olar ki, sıfıra enir. Çünki adətən bu qədər yüksək -100 min vahid bakteri olan su mənbəyi çox nadir hallarda olur. Beləliklə, bu maqdan çıxan su demək olar ki, heç bir mikrobioloji yükgə malik olmur.

O, sözlərinə belə davam edib: Bu ultrabənövşəyi şüa yalnız bakteriyaları deyil, göbələk kimi bütün xəstəlik törədicilərini də məhv edir və eyni zamanda suyun temperaturunu da ən azı 6 saat ərzində sabit saxlayır – istər isti, istərsə də soyuq su olsun. Soyuq su üçün bu müddət daha da uzundur və su uzun müddət qoyulduğu temperaturda qalır.

Cəlali əlavə olaraq bildirib: Hər dəfə bu termosstəkanın içinə su töküldükdə, onun yuxarısında yerləşən düyməyə basmaq kifayətdir. Bir dəqiqə gözləyirik və suyun mikrobioloji yükü sıfıra enir. Bu, demək olar ki, qaynadılmış su kimi olur. Bu məhsul ölkədə ilk dəfə istehsal olunur. Dünyada bir neçə məhdud sayda xarici nümunəsi var və biz həmin nümunələri əldə edib Tehran Universitetinin mikrobiologiya laboratoriyasında test etdik. Bizim məhsul təxminən 100 dəfə daha artıq mikrobioloji yükü azaldır.

Bu texnoloji məhsulun yaradıcısı, həmçinin bildirib ki, ultrabənövşəyi (UV) şüalanma üçün elektrik enerjisi tələb olunur və bu səbəbdən də cihazın enerji ilə təmin edilməsi vacibdir. Məhsul, Type-C şarj cihazı ilə doldurulan yenidən şarj olunan batareya ilə təchiz olunub. Əgər gündə 5-6 dəfə dezinfeksiya prosesi aparılsa belə, bu batareya təxminən iki həftə işləyə bilir.

Bu məhsul “İNOTEX” sərgisində təqdim olunub və onun istehsalçıları Pərdis Texnologiya Parkının bir innovasiya və sürətləndirici mərkəzində yerləşən startaplardan biridir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir