İslam Dünyası Elm və Texnologiya İstinad İnstitutunun Texnologiya və İnnovasiyalar üzrə müavini Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən dərc olunan son hesabata əsasən, yaradıcılıq nəticələri indeksində İranın ötən illə müqayisədə bu il 9 pillə, elm və texnologiya nəticələri indeksində isə 6 pillə yüksəldiyini bildirib.
İslam Dünyası Elm və Texnologiya İstinad İnstitutunun (ISC) müavini Əli Naini bildirib: ISC İnstitutunun vəzifəsi İran İslam Respublikasının və İslam ölkələrinin elm və texnologiya monitorinqini həyata keçirməkdir. Texnologiya və innovasiyaların vəziyyətinin monitorinqi elm və texnologiya sahəsindəki planlaşdırıcılara və siyasətçilərə kömək edə bilər.
O, sözlərinin davamında deyib: Ən mühüm qlobal texnologiya və innovasiya sistemlərindən biriÜmumdünya Əqli Mülkiyyət Təşkilatıdır (ÜƏMT). Bu təşkilatın əsas məqsədi dünya səviyyəsində innovasiya və yaradıcılığın dirçəldilməsi istiqamətində beynəlxalq əqli mülkiyyət sistemini inkişaf etdirməkdir. Buna nail olmaqdan ötrü bu təşkilata üzv olan ölkələr arasında ÜƏMT-nin nəzarəti altında çoxlu konvensiyalar və müqavilələr bağlanıb.
ÜƏMT-nin hesabatına əsasən, texnologiya və innovasiyanın yeddi göstəricisində İsveçrə, İsveş və ABŞ ən yüksək pillələrdə dayanırlar.
ISC təşkilatının texnologiya və innovasiya müavini qeyd edib: ÜƏMT-nin hesabatına əsasən, texnologiya və innovasiyanın yeddi göstəricisi üzrə qabaqcıl İslam ölkələri arasında BƏƏ, Maleziya və Türkiyə daha yuxarı pillələrdə qərarlaşıblar. İran İslam Respublikası dünya üzrə 64-cü, İslam ölkələri arasında isə 7-ci yeri tutub. İranın ən yaxşı dərəcəsi bazar mürəkkəbliyi indeksindədir (dünya üzrə 17-ci və İslam ölkələri arasında 1-ci yer). Həmçinin İran İslam Respublikası elm və texnologiya indeksində dünya üzrə 49-cu və İslam ölkələri arasında 3-cü yerdədir.
Naini, həmçinin bildirib: İnnovasiya göstəricilərinin beş illik göstəriciləri göstərir ki, İran İslam Respublikası 2023-cü ilə qədər yaradıcılıq nəticələri indeksində yaxşı performansa malik olub. Amma 2024-cü ildə ötən illə müqayisədə 9 pillə yüksəlib.