İran Silahlı Qüvvələrinin Müqəddəs müdafiə həftəsinin başlaması münasibəti ilə keçirdiyi hərbi paradda 21 balestik raket nümayiş olunub.
Verilən məlumata əsasən, Silahlı Qüvvələrin hərbi paradı dünən (şənbə günü) səhər Müqəddəs müdafiə həftəsinin başlaması münasibəti ilə İmam Xomeyni (r.h) ziyarətgahının yaxınlığında keçirilib. Bu paradda 21 balestik raket, o cümlədən 2 Xeybər Şekən raketi, 2 Fəttah raketi, 4 Hacı Qasım raketi, 2 Qədr H raketi, 2 İmad raketi, 3 Xurrəmşəhr raketi, 4 Siccil raketi və 2 Cihad raketi nümayiş olunub.
“Cihad” balestik raketinin ilk dəfə təqdim olunması

Yuxarıdakı şəkil ilk dəfə bu paradda nümayiş olunan SEPAH-ın Aerokosmik Qüvvələrinin Fateh ailəsinin (İranın ən dəqiq raket ailəsi) ən yeni balestik raketi olan “Cihad” raketidir.
1000 km-dən çox uçuş məsafəsinə malik olan bu raket birpilləli maye yanacaqlı raketlər silsiləsindəndir. Bu raket, həmçinin ayrıla bilən və yüksək partlayış qabiliyyətinə malik döyüş başlığına sahibdir.
“Şahid B 136” kamikadze dronunun təqdimatı
Silahlı Qüvvələrin Tehrandakı dünənki hərbi parad mərasimində İslam İnqilabı Keşikçiləri Korpusunun “Şahid B 136” adlıən yeni kamikadze dronu ilk dəfə olaraq nümayiş olunub.
2000 km uçuş məsafəsinə malik turbojet mühərrikli bu sistem nəzərdə tutulan hədəfləri məhv etməyə qadirdir.
