Yeni “Qasim Bəsir” ballistik raketinin təqdimatı

İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Aerokosmik Sənaye Təşkilatının “Qasim Bəsir” adlı ən yeni ballistik raketinin təqdimatı keçirilib.

Bərk yanacaqlı bu raket “Hacı Qasim” ballistik raketinin təkmilləşdirilmiş versiyasıdır və o, Doğru vəd 1 və 2 əməliyyatlarının təcrübələri nəzərə alınmaqla hazırlanıb.

“Qasim Bəsir” raketinin uçuş məsafəsi 1200 km-dən çox, xəta ehtimalı dairəsi və ya vurma dəqiqliyi (CEP) isə 1 metrdən azdır. Bu raket hədəflərini müəyyən etmək və onları vumaq üçün termal görüntü (optika) ilə təchiz olunub.

Qasim Bəsir ballistik raketi Arrow (Peykan), THAAD, Iron Dome (Dəmir Qübbə) və David`s Sling (Davudun Oxu) da daxil olmaqla, havadan müdafiə sistemlərindən keçmək qabiliyyətinə malikdir.

Müdafiə Nazirliyinin Aerokosmik sahəsinin mütəxəssisləri bu raket naviqasiya sistemində GPS-dən istifadə etməyiblər. Təbii ki, hava hücumundan müdafiə sistemlərinin müxtəlif qatlarından keçə bilməsi üçün raketin manevr qabiliyyəti də təkmilləşdirilib.

Qasim Bəsir raketi elektron müharibə sistemləri qarşısında yüksək müqavimətə malikdir və çox güclü elektron müdaxilə şəraitində sınaqdan keçirilib.

Bu raketin digər xüsusiyyəti onun çoxlu hədəflər arasından əsas hədəfi seçə bilməsidir. “Qasim Bəsir” ballistik raketi GPS naviqasiya sisteminə arxalanmadan çoxsaylı hədəflər arasında konkret hədəf tapmaq və hədəfi bir metr belə sapmadan vurmaq qabiliyyətinə malikdir.

Bu raketin son sınağı Aprel ayının 17-də keçirilib.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir