Uğurla dizayn olunmuş, istehsal edilmiş və quraşdırılmış ilk yerli istehsal dəniz kriogen yükləmə qolu Əsəlveyh bölgəsindəki Neft-Kimya Terminalları və Tankları Şirkətinə çatdırılıb.
Xarici KİV-in Milli Neft-Kimya Sənayesi Şirkətinə istinadən verdiyi məlumata görə, bu yükləmə qolu bir neçə uğurlu yükləmədən sonra tamamilə Əsəlveyh Neft-Kimya Limanının (Neft-Kimya Terminalları və Tankları Şirkəti) operatoruna təhvil verilib.
Əsəlveyhdəki Pars Neft-Kimya Limanının 17 saylı Pier-də quraşdırılan bu qabaqcıl avadanlıq mayeləşdirilmiş təbii qaz (LNG), maye oksigen və maye azot kimi ultra soyuq mayelərin gəmilər və sahil qurğuları arasında təhlükəsiz və nəzarətli şəkildə ötürülməsi üçün istifadə olunur.